​İsveçrәlilәrin problemi varmı? İsveçrә vәtәndaşının verdiyi cavab

İsvecre seferi seyahet viza almaq

Dayandığım yer İsveçrәnin Lugano şәhәrindә yerlәşәn San Salvatore dağının zirvәsidir (912 m). Şәhәrin mәrkәzindәn dağın zirvәsinә Funikulyor mövcud olsa da, mart-sentyabr aylarında fәaliyyәt göstәrir. Hazırda isә ora avtobusla vә ya maşınla gedilir. Avtobusun son dayanacağına çatdıqdan sonra 2.2 km piyada meşәnin içi ilә dağın zirvәsinә qalxmaq lazımdır.

Funikulyor işlәmәsә dә, qәrara aldım ki, zirvәyә qalxım. Xeyli avtobus gözlәdikdәn sonra avtostop etdim, orta yaşlı bir nәfәr saxladı, maşına әylәşdim. Oturan kimi soruşdum ki, buralısınızmı (isveçrәli), dedi, bәli. Dedim vәssalam.

Soruşdum ki, sizin probleminiz varmı? Kişi dedi, nә? Dedim, aha, bunlar “problem” sözünü belә, anlamırlar artıq, leksikonlarından çıxarıblar deyәsәn :)

Dedim, yәni bir millәt olaraq problemlәriniz varmı, yaşayış sәviyyәsindә vә s.? Dedi, hә әlbәttә. Bizim dә problemlәrimiz var. Dedim, nәlәrdir? Başladı danışmağa: Bilirsiniz ki, Avropada iqtisadi böhran davam edir. Doğrudur, biz digәrlәrindәn müstәqilik, valyuta olaraq da avrodan imtina etmişik, isveçrә frankı istifadә edirik, amma bizim Avropa ölkәlәri ilә әlaqәlәrimiz var, buna görә dә bu böhran bizә dә tәsir edir. Son illәrdә filan göstәricilәrimiz 0.3% azalıb, filan göstәricilәr 1.1% azalıb. Yaxın 5 ildә filan göstәricilәrin 0.8% azalacağı proqnoz edilir…

İstәdim deyim, Allah saxlamış, ta denәn heç bir problemimiz yoxdur, zor yaşayırıq da! Nә fırladırsan söhbәti :D 

Neçә ilә 0.3% azalmanı bunlar dәrd edir…

Amma sonra yaşayış sәviyyәlәrindәn vә s. danışdı, dedi, dünyanın iqtisadi cәhәtdәn әn güclü ölkәlәrindәn biriyik. 

Ümumiyyәtlә, İsveçrәyә ayaq basanda fәrqi, hәqiqәtәn dә hiss edirsәn. Digәr Avropa ölkәlәrinә nisbәtdә daha elit yaşayış hökm sürür.

Mәni yolda qoymayan hәmin o xeyirxah insan :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev