ABŞ Prezident Seçkiləri – Facebook, Google, Twitter’də!

Son illər qlobal əhəmiyyətli hadisələr baş verdikdə həmin hadisələrlə bağlı sosial mediada maraqlı yenlikləri görmək artıq ənənəyə çevrilib. ABŞ-da keçirilən 45-ci Prezident Seçkiləri də bu baxımdan xeyli maraqlı oldu. Donald Trampı kim seçdi, necə seçdi, Hillari bu qədər arxayınkən necə məğlub oldu kimi mövzulara qətiyyən girməyəcəm. Mənə maraqlı olan seçkilər dövründə, xüsusən son günlərdə virtual aləmdə maraqlı yeniliklərin tətbiqi oldu.

 

Facebook Canlı Yayım – Canlı Nəticələr (Live Video – Live Results)

Facebook’un Canlı Yayım funksiyası üzərindən maraqlı bir yenilik edildi. Hilari Klinton və Donald Trampın şəkilləri yanaşı qoyuldu və Klinton deyirsənsə “bəyən”, Tramp deyirsənsə “ürək” işarəsi qoy deyildi. Video yayım idi, lakin ekranda iki namizədin şəkli dayanırdı və şəkillərin aşağısında hansının nə qədər səs topladığı rəqəmlər göstərilirdi. Maraqlı isə odur ki, həmin rəqəmlər anbaan dəyişirdi.

Artıq seçkilərin nəticəsi bəllidir və Tramp 45-ci ABŞ prezidenti seçildi. Hazırda davam edən (aşağıdakı) videoda isə siz Trampın prezident seçilməyinə insanların necə reaksiya verdiyini görə bilirsiniz. Siz o videoya hansı reaksiyanı göstərsəniz (Like, Love, Angry və s.) videodakı rəqəmlərdə nəzərə alınır.

Google Canlı nəticələr

Bu seçkilərdə ilk dəfə olaraq Google seçim nəticələrini anbaan təqdim etdi. Axtarışa “US Elections” yazmağınız kifayət idi ki, seçkilər barədə müxtəlif statistik rəqəmlərlə tanış olasınız.

usa-elections-trump-president-azerbaijan

 

 

 

Twitterdə gündəm

Twitterdə isə gördüklərimiz hər zaman olan proseslərdir: bütün düyna seçkilərdən, hazırda isə Trampdan danışır. Cəmi bir neçə dəqiqəyə “President Trump” ifadəsi Twitterdə 2,37 milyon dəfə yazılıb. Dünya üzrə trend mövzuların əksəriyyəti seçkilərlə bağlıdır: #ElectionNight#Elections2016#RIPAmerica#trumpwins#DonaldTrump və s. 

Xüsusən “RIP America” haştaqının qısa zamanda 3-cülüyə yüksəlməsi Trampın qələbəsinə verilən reaksiyanı əyani olaraq göstərir.

usa-twitter-donald-trump-elections

 

 

 

Və hazırda təkcə ABŞ-da deyil, dünyanın hər nöqtəsində ABŞ-dakı seçkilər gündəmdədir:

usa-president-twitter-azerbaijan

 

Bu gün ölkəmizdə “Bayraq Günü” olsa da Twitter-də bu barədə bir haştaq (#flagday) aktualdır, əksər mövzular isə bizdə də ABŞ seçkiləri ilə bağlıdır:

azerbaaijan-social-media-us-elections

 

Hansı ərazidə bu an hansı mövzular Twitterdə gündəmdir, buradan izləyə bilərsiniz.

 

 

Messenger Bot

Dünən Messenger’də də Seçkilər gündəm idi. “Bot” qoşulmuş səhifələr bununla bağlı müxtəlif fəaliyyətlər həyata keçirirdi. Məsələn,  “Swelly” adlı səhifəyə yazdıqda sizə seçkilərə səs verməyinizi təklif edirdi. Səs verdikdən sonra isə dərhal online səsvermənin nəticəsini göstərirdi. Bəli, bunu hansısa saytda deyil, elə messenger-də, inbox-da edirdi.

us-elections-2016

 

Müşahidə etdiyimiz odur ki, hər keçən gün istər sosial media, istərsə də digər rəqəmsal alətlər bizə daha maraqlı, daha interaktiv, daha rahat həllər təqdim edir. Sosial medianı diqqətdən kənarda qoymaq mümkün deyil.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev