uefa avrokuboklar orkhanrza com - Avrokuboklarda yeni mövsüm başladı - ötən ilki kimi uğurlu olacaqmı?
İdman

Avrokuboklarda yeni mövsüm başladı – ötən ilki kimi uğurlu olacaqmı?

Baxış

Avrokuboklarda yeni mövsüm başladı – ötən ilki kimi uğurlu olacaqmı?

Futbol üzrə Çempionlar Liqasına dünən start verildi. Qitənin ikinci nüfuzlu turniri – Avropa Liqası isə sabah başlayacaq. Azərbaycanı təmsil edəcək “dördlük” ötən ilki ilə eynidir – “Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ”. Ötən il Qəbələ’ni çıxsaq digər klublarımızın çıxışını mən şəxsən uğurlu sayıram. Bunun məntiqi yekunu kimi Azərbaycan klubların göstərdiyi nəticələrə görə 2014-2015 mövsümündə Avropanın 54 ölkəsi içində 24-cü oldu. Ölkəmiz reytinqdə Danimarka, Finlandiya, Norveç, Estoniya, İsrail, Serbiya, Slovakiya kimi ölkələri geridə qoydu. Ermənistan klublarının biabırçı nəticələrinə görə siyahıda 49-cu oldu.

Avroliqanın qrup mərhələsində mübarizə aparan “Qarabağ” qrup oyunlarındakı 1 qələbə və 3 heç-heçə sayəsində mövsümü “Hull City”, “Lille”, “Saint-Etienne”, “CSKA Moskva”, “Lokomotiv Moskva”, “Panatinaykos”, “Tvente”, “Qalatasaray”, “Trabzonspor”, “Dinamo Minsk”, “Kluj” kimi klublardan öndə tamamladı.

Bu il “Qarabağ” yenə mövsümə ötən ilki kimi, Çempionlar Liqasında başlayacaq. Pozitiv gözlənti – “Qarabağ”ın ÇL-nin qrup mərhələsinə düşməsidi. Amma klubun yaxın günlərdə bir neçə əsas oyunçusu ilə yollarını ayırması bu aruzunun reallaşmasının bu ildə çətin olacağını deməyə əsas verir. Amma həm “Qarabağ”, həm də “Neftçi” və “İnter” ilk mərhələni rahat keçə bilərlər. “Qəbələ”nin bəxtinə nisbətən daha çətin rəqib – “Dinamo Tbilisi” düşsə də, ölkə çempionatının son dövrəsində “Qəbələ”nin göstərdiyi fantastik nəticələr müsbət düşünməyə əsas verir.

Bu il də azı bir klubumuzun heç olmasa Avoliqanın qrup mərhələsində mübarizə aparacağına ümid edək.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev