Avropada böyüyә yer verilmәməsinin sәbәbini tapdım!

Avropada böyüyә yer verilmәməsinin sәbәbini tapdım!

Sonuncu Avropa sәfәrindә “avropalılar niyә ictimai nәqliyyatda böyüyә yer vermirlәr?” sualının cavabını tapdım. Dostlar, bu, avropalı gәnclәrin mәdәniyyәtsizliyi vә ya bivecliyi ilə bağlı deyil, çünki…
Amsterdamda olarkәn TripAdvisor vә Google inadla şәhәrin әn mәşhur parkı olan Vondelpark’ı görmәyi tövsiyә edirdi. Dedim vәssalam da, belә mәşhurdursa indi park çox güman ki, par-par parıldıyır, attraksionlar, kafe-restoranlar filan, gedәk görәk. Yoldaşımla yarım günümüzü ayırıb üz tutduq Vondelparka. Parka daxil olduq, hündür vә sıx ağaclar, qaçan vә velosiped sürәn insanlar. Ok, biraz da irәli gedәk, getdik, hündür vә sıx ağaclar, qaçan vә velosiped sürәn insanlar… Parkı tam bir dövrә vurduq, nәticә: hündür vә sıx ağaclar, qaçan vә velosiped sürәn insanlar!

Avropada böyüyә yer verilmәməsinin sәbәbini tapdım!

Tәbii ki, orda amsterdamlılara park mәdәniyyәtindәn danışa, Bakı parklarından fotoşәkillәr göstәrib utandıra bilәrdim, amma qonaq olduğumuza görә düşündüm ki, yaxşı çıxmaz :)

Yüzlәrlә insan qoluna bağladığı qaçış cizahı ilә asta sürәtlә qaçır, digәr qismi isә verlosiped sürürdü. Әn maraqlısı odur ki, qaçanların әksәriyyәti orta yaşlı vә yaşlı insanlar idi. Qoluna qaçış cihazı bağlayıb qaçan 50, 60, 70 yaşlarında qadınlar, kişilәr, düşünün…

Avropada böyüyә yer verilmәməsinin sәbәbini tapdım!
Vә orda mәn anladım ki, gәnclәr niyә ictimai nәqliyyatda yaşlılara yer vermirlәr, çünki yaşlıların buna sadәcә olaraq, ehtiyacı yoxdur. Hәmin insan nәinki bir neçә dәqiqә, hәtta bir neçә saat ayaqüstә yol gedәr, heç “uf” da demәz.
Avropada böyüyә yer verilmәməsinin sәbәbini tapdım!
Vә Avropada gәnclәr ümumәn yer vermirlәr arqumenti dә yanlışdır, hәm Amsterdamda, hәm dә digәr şәhәrlәrdә şahidi oldum ki, çox yaşlı, əldən düşmüş insanlar nəqliyyata daxil olduqda mütləq kimsə durub yer verirdi. Qeyd etdiyim digər kateqoriyalı yaşlıların buna ehtiyacı olmadığından rahatca ayaqüstə gedirdilər.
Amsterdam’da velosipedin cəmiyyətdə nəqliyyat vasitəsi olaraq istifadəsi adi haldır və siz yollarda avtomobildən çox velosiped görə bilərsiniz. Düşünün, şəhər tıxacsız və səssiz, insanlar isə sağlam. Dərsliklərə salınası mövzudur.

P.s. Fotoaparat üstümüzdə olmadığından Parkda keyfiyyətli şəkillər çəkə bilməmişdik, buna görə yazıdakı fotoları Google’dan götürmüşəm.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev