Yeni il ucun usaqlara hediyye
Ümumi

Azərbaycanın ucqar kənd və rayonlarına Yeni il hədiyyəsi göndərin – Baba.az

Baxış

Son illərdə bayramlar ərəfəsində müxtəlif təşkilatların, fərdi şəxslərin uşaqlara hədiyyə aparması ənənə halını almaqdadır ki, bu da sevindiricidir. Növbəti belə layihəni bir neçə gün öncə Facebook’da görəndə çox sevindim.

 

Baba.az

ABŞ-da yaşayan azərbaycanlılar Fərhad ƏləkbərovFuad Ağayevin (Blackstreet.az) dəstəyi ilə Baba.az saytı istifadəyə verilib və burada siz müxtəlif regionlardan olan uşaqların videosunu görə bilərsiniz. Uşaqlar öncə hansısa bir istedadını göstərir və ardınca Şaxta babadan istədiyi hədiyyəni qeyd edir. O hədiyyələri almaq isə biz – vətəndaşların üzərinə düşür. Uşaqların istədikləri elə də böyük maddi vəsait tələb etməyən hədiyyələrdir zatən. Bildiyim qədərilə artıq əksər hədiyyələr alınıb (videoda başlığın qarşısında “Hədiyyə Alındı” qeyd olunub). Qeyd edim ki, cümə gününün sonuna kimi (22 dekabr 2017) yeni videolar sayta əlavə olunacaq.

 

Belə layihələr hər zaman dəyərlidir. Çünki bu kimi fəaliyyətlər insanları yardımlaşmağa, bir-birinə dəstək olmağa sövq edir. Xüsusən mövzu uşaqlar, onların arzularını, istəklərini həyata keçirməkdirsə bu addım alqışlanmalıdır.

 

Layihənin bitməsinə bir neçə gün qalıb. Odur ki, bu yazını oxuyan hər kəs bir uşağın arzusunu reallaşdırsa qısa zamanda Baba.az-dakı bütün hədiyyələr alınmış olar və bir neçə gün sonra biz həmin uşaqların üzündəki saf sevinci birgə müşahidə edə bilərik. Gəlin balaca dostlarımızın arzularını həyata keçirməyə kömək olaq!

 

Uşaqların istəklərinə baxmaq üçün: Videolar

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev