bahali telefonlar arasdirma statistika orxan rzayev - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası
FacebookTexnologiya

Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası

bahali telefonlar arasdirma statistika orxan rzayev 1024x726 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

Facebook sosial şəbəkəsinin dünya üzrə aylıq istifadəçi sayı 1,7 milyarda çatdı. Azərbaycan istifadəçiləri bunun mində birini təşkil edir – 1,7 milyon. Amma “mində bir” sözü sizi aldatmasın, bu, iş görmək istəyən insanlar üçün kifayət qədər böyük auditoriyadır.

Ölkədə bu qədər istifadəçi sayının olması və həmçinin Facebook’da digər sosial şəbəkələrə nisbətən xeyli çox seqmentasiyanın mümkün olması bizə imkan verir ki, bu sosial şəbəkədən maraqlı məlumatlar əldə edək.

Daha öncə Orkhanrza.com‘da 2 Facebook araşdırması yayımlanıb:

Azərbaycanlılar Ronaldo, gürcülər Rihanna, ermənilər “Candy Crush” fanatıdır – Facebook statistikası

Facebook istifadəçi sayına görə Azərbaycanın şəhər və rayonları – STATİSTİKA


 

Bu yazıda ölkə əhalisinin hansı seqmentinin hansı növ telefon istifadə etdiyi barədə araşdırmanı oxuya biləcəksiniz. Araşdırmaya hazırkı bazar qiyməti 800 AZN-dən yuxarı olan 7 smartfon daxil edilib (iPhone 6S Plus, iPhone 6S, iPhone 6 Plus, iPhone 6, Samsung Galaxy S7, Samsung Galaxy S6, Galaxy Note 5).

Facebook‘un avqust ayına olan statistikasına görə hazırda Azərbaycanda 1,04 milyon nəfər Facebooka Android əməliyyat sistemli smartfonlarla, 300 min nəfər isə iOS əməliyyat sistemli smartfonlarla daxil olur. Android istifadəçilərinin 700 mini kişilər, 340 mini isə qadınlardır. iOS istifadəçilərinin 190 minini kişilər, 110 minini qadınlar təşkil edir.

azerbaycan ios android istifadeci sayi avqust 2016 1024x586 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

 

 

TOP 3 Samsung Galaxy smatfonlarına baxdıqda, Samsung Galaxy S6 ilə Facebooka daxil olanların sayı 13 700 nəfərdir (8 300 kişi, 4 500 qadın). Samsung Galaxy S7 ilə Facebooka daxil olanların sayı 2 400 nəfərdir (1 700 kişi, 700 qadın). Samsung Galaxy Note 5 ilə Facebooka daxil olanların sayı isə 2 000 nəfərdir (1 200 kişi, 800 qadın).

azerbaycan samsung galaxy istifadeci sayi 1024x609 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

 

 

Apple smartfonlarına baxdıqda isə, iPhone 6 ilə Facebooka daxil olanların sayı 58 min nəfər,  iPhone 6 Plus ilə 7 300 nəfər,  iPhone 6S ilə 17 300 nəfər,  iPhone 6S Plus ilə 2 500 nəfər təşkil edir. Cədvələ baxdıqda maraqlı bir fakt görünür ki, həm  iPhone 6 Plus, həm də  iPhone 6S Plus istifadəçi sayında qadınlar üstünlük təşkil edir.

azerbaycan iphone istifadeci sayi 1024x627 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

 

 

Yaş qruplarına görə smartfon istifadəsində maraqlı rəqəmlər ortaya çıxır. Belə ki, həm Android, həm də iOS istifadəçiləri arasında 21-30 yaş arası insanlar böyük üstünlük təşkil edir. Ümumilikə baxdıqda, Android istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı ümumi göstəricinin 67%-ni, iOS istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı isə ümumi göstəricinin 65%-ni təşkil edir.

azerbaycan android yash qruplari avqust 2016 1024x549 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

azerbaycan ios yash qruplari avqust 2016 1024x497 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

 

 

Android və iOS istifadəçilərinin yaş qruplarına görə nisbətini ABŞ istifadəçiləri ilə müqayisə etdik. Əsas fərq – ABŞ-da 41 yaşdan yuxarı istifadəçi nisbəti ümumi istifadəçilərin 39% (Android) və 40%-ni (iOS) təşkil edir. Azərbaycanda isə bu göstərici 13%-dir. Həmçinin ABŞ-da 30 yaşadək istifadəçilər ümumi istifadəçilərin 38%-40%-ni təşkil edir ki, yuxarıda qeyd etdiyimiz kimi bizdə bu rəqəm 65%-dir.

 

azerbaycan abs android istifadeci avqust 2016 1024x558 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

azerbaycan abs ios istifadeci avqust 2016 1024x617 - Azərbaycanda bahalı telefonları kimlər işlədir? - Facebook Statistikası

Bir daha qeyd edim ki, göstərilən rəqəmlə Facebook’un verdiyi məlumatlara əsaslanıb və ölkədəki Android və iOS istifadəçilərinin dəqiq sayını göstərmir.

Araşdırma maraqlı gəldisə yazını paylaşmaqla dəstək olun!

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev