Azərbaycanlılar Ronaldo, gürcülər Rihanna, ermənilər “Candy Crush” fanatıdır (Facebook statistikası)

Facebook‘un aylıq aktiv istifadəçi sayı 1,65 milyard nəfərdir. Bunların 66%’i (1,09 milyard) Facebook’a hər gün daxil olur, mənim və sənin kimi. Amma mənim və sənin Facebook’a hər gün daxil olmağımız ölkənin qanşuları ilə müqayisədə öndə olmasına kifayət etmir.

Hazırda Azərbaycan əhalisinin 17%’i Facebook istifadəçisidir. Gürcüstanda Facebook’a daxil olanlar ümumi əhalinin 38%’ni, Ermənistanda isə 32%’ni təşkil edir. Maraqlıdır ki, Azərbaycanda istifadəçilərin 2/3’sini kişilər təşkil etsələr də, qonşu ölkələrdə qadın istifadəçilər daha çoxdur.

Həmçinin ölkəmizdə istifadəçilərin böyük əksəriyyəti 18-35 yaş aralığında olan istifadəçilər olsa da, Gürcüstan və Ermənistanda 36+ yaşda olan Facebook istifadəçilər kifayət qədərdir.

Beləliklə, 3 Qafqaz ölkəsinin müqayisəli Facebook statistikası:


  • İstifadəçi sayı (əhali sayına nisbətdə)

Azərbaycan – 17% (1.7 milyon)

Gürcüstan – 38% (1.9 milyon)

Ermənistan – 32% (960 min)


  • Kişi/Qadın nisbəti

Azərbaycan / Kişi – 1.14 milyon (67%), Qadın – 560 min (33%)

Gürcüstan / Kişi – 900 min (47%), Qadın – 1 milyon (53%)

Ermənistan / Kişi – 470 min (49%), Qadın – 480 min (51%)


  • 18-35 yaş aralığındakı istifadəçi sayı

Azərbaycan – 1.2 milyon (Kişi – 68%, Qadın – 32%)

Gürcüstan – 1.1 milyon (Kişi – 49%, Qadın – 51%)

Ermənistan – 570 min (Kişi – 53%, Qadın – 47%)


  • 36 və daha yuxarı yaşda olan istifadəçi sayı

Azərbaycan – 340 min (Kişi – 62%, Qadın – 38%)

Gürcüstan – 590 min (Kişi – 41%, Qadın – 59%)

Ermənistan – 260 min (Kişi – 42%, Qadın – 58%)


  • Rihanna fanatlarının sayı (Facebook istifadəçi sayına nisbəti)

Azərbaycan – 7% (120 min)

Gürcüstan – 10% (190 min)

Ermənistan – 8.5% (81 min)


  • Şakira fanatları:

Azərbaycan – 9% (150 min)

Gürcüstan – 6% (120 min)

Ermənistan – 10% (96 min)


  • Ronaldo fanatları:

Azərbaycan – 10% (170 min)

Gürcüstan – 8.5% (170 min)

Ermənistan – 7% (64 min)


  • Messi fanatları:

Azərbaycan – 7% (120 min)

Gürcüstan – 8% (160 min)

Ermənistan – 7% (66 min)


  • “Candy Crush Saga” fanatları:

Azərbaycan – 11% (190 min)

Gürcüstan – 11% (220 min)

Ermənistan – 13% (120 min)

(İstinad: Socialbakers & Facebook Ads)

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev