Azərbaycanda ən böyük sosial şəbəkə adı Facebook’dan Instagram’a keçdi

instagram azerbaycan

Azərbaycanda ən böyük auditoriyası olan sosial şəbəkə adı illərdir ki, Facebook’dadır. Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi sosial şəbəkə Facebookdur. Lakin ötən ay Orkhanrza.com-da açıqlanan statistikadan da görünürdü ki, Instagram son aylarda ölkədə sürətlə auditoriyasını genişləndirir. Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artmışdı.

Facebook Reklam Panelində statistikanın bugünkü yenilənməsindən sonra gözlənən baş verdi – Azərbaycanda ən böyük sosial şəbəkə adı Facebook’dan Instagram’a keçdi. Belə ki, hazırda Reklam Panelinin statistikasına görə Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı (potential reach) Facebook-da 1,72 milyon, Instagram-da isə 1,76 milyon nəfərdir.

 

 

Instagram statistikası (Fevral, 2017)

  • Azərbaycanda istifadəçi sayı – 1,76 milyon
  • Kişi istifadəçi sayı – 1,2 milyon
  • Qadın istifadəçi sayı – 0,56 milyon
  • Kişi istifadəçilərin ümumi saya nisbəti – 68%
  • Qadın istifadəçilərin ümumi saya nisbəti – 32%
  • 13-25 yaşda olan istifadəçilər – 41%
  • 26-45 yaşda olan istifadəçilər – 54%
  • 46 və daha çox yaşda olan istifadəçilər – 5%

 

***

Maraqlı ola biləcək digər mövzular:

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev