azerbaycanda-facebook-istifadecilerinin-sayi-statistikasi-2016-infoqrafika
FacebookİnfoqrafikaSosial Media Marketinqi

Azərbaycanda Facebook istifadəçilərinin sayı 1.7 milyona çatdı – İNFOQRAFİKA

Baxış

Facebookun reklam panelində gəzişərkən Azərbaycanda Facebook istifadəçilərinin sayının 1.7 milyona çatdığı gördüm. Elə bunu görəndə infoqrafika hazırlamaq qərarına gəldim. Beləliklə, hazırkı göstəricilərə görə ölkədə 1.7 milyon insan bu sosial şəbəkədən istifadə edir. Onların 35%-i qadın, 65%-i kişidir. Facebooka telefonu ilə daxil olanların göstəricilərinə əsasən,  hazırda 400 nəfər iPhone 6S Plus, 3 700 nəfər isə iPhone 6S işlədir.

Futbol azarkeşlərinin sayına baxdıqda, ölkəmizdə türk klublarından Qalatasaray’ın (270 min) azarkeşləri daha çoxdur. Fənərbaxça’nın 210 min, Beşiktaş’ın isə 130 min azarkeşi var. Dünyanın ən güclü klublarından Barselonanın ölkəmizdə 370 min, Real Madrid’in isə 290 min azarkeşi var. “Land of Fire” Atletiko Madrid’in azarkeşləri isə 70 mindir.

Android əməliyyat sistemli cihazlardan Facebooka daxil olanların sayı 1 milyona çatır. iOS əməliyyat sistemli cihazlardan Facebooka daxil olanların sayı isə 290 mindir.


facebook infoqrafika statistika 2016 1024x1009 - Azərbaycanda Facebook istifadəçilərinin sayı 1.7 milyona çatdı - İNFOQRAFİKA

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev