Azərbaycanda Instagram istifadəçilərinin sayı 1 milyonu keçdi

instagram-reklam-azerbaycan-statistika

1 milyon Instagram istifadəçisi

Ölkədə Instagram’ın son dövrlərin ən populyar sosial şəbəkəsi olduğunu düşünənlər yanılmayıb. Artıq Instagram istifadəçilərimizin sayı 1 milyonu keçdi. Daha dəqiq desək, 1 milyon 71 min.

Instagramın son vaxtlar tətbiq etdiyi yeniliklər həm biznes sahiblərini (Instagram Business Profile), həm də istifadəçiləri (Instagram Stories) aktivləşdirib. Ölkədə də bu aktivlik hiss olunurdu. Və Facebookun istifadəçi sayını son yeniləməsindən sonra məlum oldu ki, ölkəmizdə Instagram istifadəçilərinin sayı 1 milyondan çoxdur. Müqayisə üçün deyək ki, 2 ay öncə Instagram istifadəçi sayı 750-800 min kimi göstərirdi.

 

Azərbaycanın Instagram Statistikası (Oktyabr, 2016)

Hazırda ölkədə 1 milyon 71 min Instagram istifadəçisi var. Bunların 670 mini (63%) kişi, 400 mini (37%) isə qadınlardır.

 

13-25 yaşlardakı istifadəçi sayı 600 mindir. Bunların 390 mini (65%) kişilər, 210 mini (35%) qadınlardır.

26-35 yaşlardakı istifadəçi sayı 320 mindir. Bunların 195 mini (61%) kişilər, 125 mini (39%) qadınlardır.

36-50 yaşlardakı istifadəçilərin sayı 115 mindir. Bunların 61 mini (53%) kişilər, 54 mini (47%) qadınlardır.

51+ yaşlardakı istifadəçilərin sayı 36 mindir. Bunların 17 mini (47%) kişilər, 19 mini (53%) qadınlardır.

 

instagram-azerbaycan-statistika-oktyabr-2016

 

instagram-azerbaycan-statistika-oktyabr-2016-faiz

 

Rəqəmlərdən də göründüyü kimi, Instagramın gənc auditoriyasının böyük hissəsini kişi cinsinin nümayəndələri təşkil edir. 35 yaşdan yuxarı istifadəçilərdə isə gender bərabərliyi yaranır. 51 yaşdan yuxarı istifadəçilərdə qadınlar daha çoxluq təşkil edir. Bu da Instagramı biznes aləti kimi istifadə edən sahibkarlar və şirkətlər üçün təhlil ediləsi rəqəmlərdir.

 


 

Mövzuya uyğun digər yazılar:

Instagram’da reklam etmək qaydası – ŞƏKİLLİ İZAH

Instagram profilini Biznes profilinə necə çevirmək olur?

Instagram’ın analitika modulu yerli bizneslərə hansı üstünlüklər verir?

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev