Azərbaycanda kitab çap olunmamış 425 ədəd necə satılır?


Coşqun Kərimovun qələmə aldığı KVAN kitabı haqda yəqin ki, bir çoxlarınızın xəbəri var. Düşünürəm ki, bu kitab manatın ikinci devalvasiyasının fonunda tamamilə həvəsdən düşən, “onsuz da alınmayan iş-gücün” bundan sonra heç alınmayacağı pessimistliyinə qapılan insanlarımıza əsl motivasiyaverici bir kitab olacaq. Çünki kitabı yazan insan Bakıda doğulub, burada yaşayıb. Kitabda haqqında danışılan mövzular gənc bir azərbaycanlının başına gəlib, Bakıda baş verib. Bu kitabda hər kəs öz həyatına, öz xarakterinə bənzər personajlar, xüsusiyyətlər tapacaq. Kitab ilk səhifələrdən insana doğma olmağa başlayır. Çünki kitabda “Kaliforniyanın səssiz küçələrində” yeriyən deyil, “Əhmədlinin səssiz küçələrində” yeriyən gəncdən danışıldığına görə kitab dərhal insana doğmalaşır.

KVAN haqda daha öncə 2 dəfə fikirlərimi paylaşmışam. Əgər oxumamısınızsa aşağıdakı şəkillərdən keçid edərək oxuya bilərsiniz:


kvan-kitabi-cosqun-karimov-sexsi-inkisaf


motivasiya-kitabi-kvan-azerbaycan-dili-cosqun-kerimov


Bu yazıda KVAN’ın qısa müddətdə nələr bacardığından yazacam. KVAN kitabının çapı və satışı ənənəvi kitab çapı/satışından fərqli edilməyə qərar verilmişdi. İlk öncə kitabın 65 səhifəlik PDF versiyası oxucuların ixtiyarına verildi. Daha sonra isə fərqli bir addım atıldı: kitab çapdan çıxmamış satılmağa başladı. Çapdan çıxdıqdan sonra 7 AZN’ə satılacaq kitabı oxucular öncədən 5 AZN ödəyərək əldə edə bilərdilər. Üstəlik, bu insanların adı kitabın arxasında qeyd olunacaq və belə desək, kitabın sponsorları olacaqdılar. Həmçinin həmin şəxslər kitabı müəllifin imzası ilə alacaqdılar. Bu kampaniyaya qoşulmaq üçün 38 gün müddət var idi və 160 kitab satılmadı idi ki, kitab çapa verilsin.
Kitabın PR’na mənim bloqumda başlanıldığdan nəticələrin necə olacağını ən çox gözləyənlərdən biri elə mən idim. Nəticə bilirsiniz necə oldu? 38 gündə 160 yox, 425 KİTAB satıldı! :) Başqa sözlə desək, çapdan çıxmamış 2 125 AZN’lik kitab satıldı! Bu, ölkədə bir ilk idi və kampaniyanın bu cür uğurlu olması kitabda ən kiçik əməyi keçən şəxslərdən tutmuş, kitabı sifariş edən, kitabın çapdan çıxmasını gözləyən və ümumən Azərbaycanda daha yaxşı bir gələcək yetişməsini arzulayan hər kəsi sevindirməlidir.
Coşqun Kərimov KVAN kitabı statistika

Cəmi bir neçə gündən sonra #KVAN kitabı çapdan çıxacaq. İnanıram ki, bu kitab Azərbaycanımıza faydalı insanlar yetişdirməkdə birbaşa rol oynayacaq.
P.s. Kitab təkcə Azərbaycanda deyil, yaxın zamanlarda daha bir neçə ölkədə çap ediləcək. Artıq kitabın xarici dillərə tərcüməsi prosesinə başlanılıb. Bu haqda isə növbəti yazıda… :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev