Orxan Rzayevin bloqu sosial media marketinq
İdmanTwitter

#Aztwifutbol ilk derbi: Galatasaray 20-0 Fenerbahçe – İCMAL

Baxış

#Aztwifutbol ilk derbi: Galatasaray 20-0 Fenerbahçe – İCMAL

Sentyabrın 27-si Twitter’in azərbaycanlı istifadəçiləri arasında növbəti futbol oyunu baş tutdu. Bu dəfəki oyunun fərqliliyi onda idi ki, üz-üzə gələn komandalar Qalatasaray və Fənərbaxça azarkeşləri idi. Bu, #aztwi’də ilk belə derbi oyun idi. Yanvar ayında da Twitter istifadəçiləri oyun təşkil etmişdilər , lakin o zaman komandalar təsadüfi bölünmüşdülər. Bu dəfə isə sırf klubların azarkeşləri bir-birinə qarşı oynayırdı ki, bu da oyuna marağı daha da artırmışdı. Lakin Qalatasaray’lı oyunçular bu marağı oyunun ilk dəqiqlərində öldürdülər, çünki Fənərbaxça qapısına vurulan ard-arda qollar oyunda həyəcanın “h”sının belə yaranmasına imkan vermədi :D Nəticə isə acımasız oldu: 20-0.

Oyunun təşkilatçısı Şahin butipli oyunların davamlı keçirilməsini istədiyini dedi. Növbəti oyunu gözləyək…

P.s. Video-icmal’la bağlı bildirim ki, oyunun bir hissəsi Periscope’la canlı yayımlanmışdı və videonun əksər hissəsi həmin o Periscope videosundan götürülüb, ona görə də video-icmal, xüsusən də icmalın əvvəlləri çox keyfiyyətsiz alınıb.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev