Bakının ən məşhur Uber sürücüləri – TOP 10 SİYAHI

Uberə əyləşdinsə sürücüdən maraqlı bir şey eşidəcəksən. Birini danışım. Şənbə günü Fərrux adlı 60 yaşlarında bir ağsaqqal ilə yol gedirdim. Deyir 6 oğlum, 3 qızım var. Oğlanları hamısı əkiz dünyaya gəlib, qızlar tək-tək. İndi oğlanlarının da (səhv etmərmsə azı 4-nün) övladı oğlandır, onlar da əkiz, qızlarının isə övladı qızdır və tək dünyaya gəliblər :D Uber’in […]

Hesab.az və məni 4 il öncəyə qaytaran o tvit

4 il öncə Tvitterdə paylaşdığım bu status çıxdı qarşıma və nostaljı hisslər yaşatdı :)   İndi rahat onlayn ödənişlər edə bilirik, adi bir hala çevrilib bu. Amma 5 il öncə bununla ilk dəfə qarşılanda keçirdiyimiz hissləri təsəvvür edə bilirsiz? :) Həmin vaxtlar gündəlik həyatda nifrət etdiyim şeylərin başında poçta gedib, işıqpulu ödəmək dayanırdı. Növbədə bəzən […]

“Dünyanın ən varlı insanı” adını qazanan Jeff Bezosun uğur sirri

Ötən gün sosial medianın gündəminə çevrilən mövzulardan biri "Dünyanın ən varlı insanı" ilə bağlı idi. Dünən Amazon.com'un səhmlərinin qiymətinin artması ilə şirkətin qurucusu və direktoru Jeff Bezos sərvətini təxminən 2 milyard dollar artıraraq 91 milyard dollarla Bill Qeytsi keçərək, "dünyanın ən varlı insanı" adına sahib oldu. Doğrudur, bu liderlik uzun çəkmədi, çünki bir neçə saat sonra […]

WikiBayram: Vikipediyamızı zənginləşdirməyə sən də qoşul!

Vikipediya illərdir istifadə etdiyim, çox rahat və zəngin platformadır. Günü bu gün də hansısa məlumat lazım olanda ilk müraciət etdiyim yer Vikipediyadır. Məsələn, dünən “İnter” və “Zirə” klublarımızın Avroliqada növbəti mərhələyə keçdiyi dəqiqləşəndə “İnter”in rəqibi “Fola” və “Zirə”nin rəqibi “Astra” ilə tanış olmaq üçün Vikipediya səhifələrinə müraciət etdim. Çünki orada qısa, səliqəli və ətraflı məlumat […]

Gəncədə yaranan, Sumqayıtda inkişaf edən, ABŞ-da qlobal bazara açılan “Black Street” (ABŞ gündəliyi #5)

Bir neçə gün öncə (Mayın 11-i) ABŞ-a ikinci səfərim baş tutdu. Ötən ilin dekabrındakı səfərdə vəziyyət fərqli idi: Buraya ilk səfərim olduğundan hər şey yeni, hər şey fərqli idi. Bu haqda 5 bloq yazısı dərc etmişdim.   ABŞ gündəliyi / 1 / 2 / 3 / 4 / 5 /   Bu dəfə isə vəziyyət […]

İnsanlar telefonunda sizin adınızı necə qeyd edib? Bu proqram vasitəsilə öyrən!

Az öncə dostumuz Elvin Aşırovun Instagram profilində “Mage” adlı mobil proqram haqda paylaşımını gördüm. Dərhal 2015-ci ildə İsveçrədə iştirak etdiyimiz “Seedstars World” startap yarışması yadıma düşdü. Çünki o yarışda Sinqapuru təmsil edən Niranjan Rao’nun təqdim etdiyi “6 Degrees” adlı mobil tətbiq “Mage”nin, demək olar ki, eynidisi idi. Amma “6 Degrees” hazırda PlayStore’da yoxdur, “Mage” isə 500 […]

Google Maps, Bakcell, Uber – ABŞ’da olarkən köməyinizə çatacaq brendlər barədə

ABŞ səfərimin gözlədiyimdən daha rahat keçməsini qeyd etmişdim. Amma buna nələrin səbəb olduğunu deməmişdim. Bu yazıda sizə ABŞ-a səfər etdiyiniz təqdirdə nələrə diqqət etməli olduğunuzdan danışacam.   Google Maps Google’un bir çox funksiyalarından, o cümlədən xəritəsindən Bakıda geniş istifadə edirik. Gedəcəyimiz yerə avtomobillə, taksi ilə (daha dəqiqi Uber ilə), ictimai nəqliyyatla və ya ayaqla neçə […]

Facebook’dan çıxmayasınız deyə Zükerberq hansı yollara əl atır? (I yazı)

Bir neçə gün öncə açıqladığı gəlir həcmi ilə Facebook yenidən diqqəti özünə cəlb etdi. 2016-cı ilin 3-cü rübündə şirkətin gəlirləri 7 milyard dollar olub. 1-ci rübdə bu göstərici 5,4 milyard, 2-ci rübdə isə 6.4 milyard dollar olmuşdu.   Hәr rüb Facebook’un gәlirlәri artır. Hansı amillər buna təsir edir? Facebook’un gәlirinin artması istifadәçi sayının vә Facebook’da keçirdiyi […]