facebookda reklam yaratmaq

Facebook-da reklam yaratmaq – vloq

Dostlar, vloqlara davam edirik. Növbəti bir neçə videoda sizə Facebookda daha effektiv reklam necə yaratmaq olar, bu haqda danışacağıq. Texniki cəhətdən Facebook reklamı yaratmaq asan olsa da, ondan effektiv nəticə almaq üçün bir sıra mövzulara diqqət etmək lazımdır. Videolarda növbə ilə önəmli olan mövzulardan danışacağıq. Bəyəndiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın! — 55 saniyəlik Facebook videosu. […]

Sosial şәbәkәlәrdәn kimlər niyә istifadә edir? 13 səbəb

Sosial şәbәkәlәrdәn hansı mәqsәdlәrlә istifadә edilmәsi әsas maraq doğuran mәsәlәlәrdәn biridir. Bәzilәri bundan yalnız avara adamların istifadә etdiyini düşünür. Bәzilәri isә müxtәlif mәqsәdlәr üçün sosial şәbәkәlәrdәn istifadә etdiyini bildirir. Marmara Universitenin professoru Emine Çobanoğlu  740 nәfәr arasında apardığı araşdırma nəticəsində sosial şəbəkələrdən istifadə səbəbləri olaraq 13 kateqoriya yaradıb (Araşdırmanın tam versiyası). Kateqoriyalara baxdıqda elə bizdə […]

Sosial mediadan istifadə edən böyük şirkətlər nəyə diqqət etməlidir?

Bir neçə gündür, qeyri-etik paylaşımlarla gündəmə gələn bir pizza salonu var. Maraq oyadıb deyə istifadəçilər paylaşırlar, müzakirə edirlər. Səhifənin admini də deyir ki, maraq oyada bilmişiksə uğurluyuq. Bir neçə nəfər məni də paylaşımlara tag edib, fikrimi soruşub bu barədə. İlk öncə bildirmək istəyirəm ki, kreativlik və səviyyəsizlik arasında incə bir sərhəd var. Bunu anlamaq üçün […]

Uber Bakıda 2 yaşını qeyd edir – 200 dəfədən çox Uber sifarişində gördüklərim

  Düz 2 il öncə, 2015-ci ilin 23 aprel tarixində bloqumda yeni yazı dərc etmişdim. Dünyada populyar olan, demək olar hər gün haqqında texnologiya və biznes portallarında xəbər gördüyümüz bir “startap”ın Bakıda fəaliyyətə başlaması, təbii ki, maraqlı idi. Elə o bloq yazımda da qeyd etmişdim ki, Uberin bazara daxil olması Bakıda taksi fəaliyyətində rəqabətin artmasına […]

Hansı sosial şәbәkәnin nә qәdәr izlәyicisi var?

Tez-tez sosial şәbәkәlәrdәki izlәyici sayına görә mәşhurların, brendlәrin siyahısı dәrc olunur. Sosial şəbəkələrdə mәşhur simalar vә ya brendlәrlә yanaşı sosial şәbәkәlәrin özlәrinin dә profili/səhifəsi olur. Gәlin görәk sosial şәbәkәlәrin hansı platformalarda izləyici nə qədərdir.   Facebook Facebook platformasında “ev sahibi” ən böyük izləyiciyə malikdir – 186 milyon. İkinci yerdə 82 milyon izləyici ilə YouTube gəlir. Növbəti […]

Bahalı kofe satan Starbucks dünyada 25 min mağazasını necə açıb?

Dünyanın ən böyük kofe mağazaları şəbəkəsi olan Starbucks bu il açdığı mağazalarla birlikdə ümumi mağazalarının sayını 25 331-ə çatdırıb. (Loxcel.com, 2 fevral 2017). Təsəvvür edin, 25 min mağaza! Bakıda Starbucks’ın 4 mağazası fəaliyyət göstərir, kofelərin qiyməti 5-6 manatdır və təbii olaraq hər kəsin getməyəcəyi və ya adamın hər gün getməyəcəyi bir yer təəssüratı yaradır. Bunun fonunda 25 mindən […]

Orxan rzayev bloq sosial media

2016-cı ildə Orkhanrza.com’un yazılarını dərc edən vebsayt və bloqlar – SİYAHI

2016-cı ildə bloq fəaliyyətimi uğurlu hesab etmək olar. Azərbaycan dilində 100-ə yaxın, ingilis dilində isə 10 yazı yayımlamışam. Similarweb’in məlumatına görə ölkədə ən çox oxunan sosial media bloqu olub. Bu uğurda yerli xəbər, əyləncə və maarifləndirici saytların və bloqların da rolu böyük olub, əlbəttə.   2016-da Orkhanrza.com’un yazılarını dərc edən sayt və bloqlar Araşdırma etdim, […]

ABŞ Prezident Seçkiləri – Facebook, Google, Twitter’də!

Son illər qlobal əhəmiyyətli hadisələr baş verdikdə həmin hadisələrlə bağlı sosial mediada maraqlı yenlikləri görmək artıq ənənəyə çevrilib. ABŞ-da keçirilən 45-ci Prezident Seçkiləri də bu baxımdan xeyli maraqlı oldu. Donald Trampı kim seçdi, necə seçdi, Hillari bu qədər arxayınkən necə məğlub oldu kimi mövzulara qətiyyən girməyəcəm. Mənə maraqlı olan seçkilər dövründə, xüsusən son günlərdə virtual aləmdə […]

Müəllimlər Günü Mesajı

Yazıya bir siyahı ilə başlamaq istəyirəm: ABŞ, “Sirakus” Universiteti ABŞ, “Stanford” Universiteti ABŞ, “Lindenwood” Universiteti ABŞ, “Miami” Universiteti ABŞ, “Arthur D. Little School of Management” ABŞ, “DUKE” Universiteti ABŞ, “Georgia State University (Atlanta) Kanada, “Alberta” Universiteti Böyük Britaniya, “Oxford” Universiteti Böyük Britaniya, “Essex” Universiteti Böyük Britaniya, “Sheffield” Universiteti Böyük Britaniya, “Newcastle” Universiteti Böyük Britaniya, “Queens” […]