Çıxış etmәk hәyәcanınızı yox edәcәk kitab – “Sözünә Güvәn”!

grey - Çıxış etmәk hәyәcanınızı yox edәcәk kitab - "Sözünә Güvәn"!

 

Bir neçә ay öncә bloquma “Kitab” kateqoriyası әlavә etdim. Çünki mənə görə kitab tәbliği dәyәrli bir fәaliyyәtdir vә bacardığım qәdәr bloqda bu cür fәaliyyәt göstәrmәyә, maraqlı, faydalı hesab etdiyim kitabların ictimaiyyətdə tanınmasında dəstək olmağa çalışıram. Coşqun Kәrimovun “KVAN” kitabı haqda әn çox bloq yazısını mәhz bu bloqda tapa bilәrsiniz. Hәmçinin müәllifin ikinci kitabı “Ubuntu” haqda da artıq bir dәfә fikirlәrimi böllüşmüşəm.

Bu yazıda isә sizә bugünlәrdә çap edilәcәk daha bir dәyәrli kitab haqda mәlumat vermәk istәyirәm. Peşәkar tәlimçi Rәşad Bayramov ilk kitabını ictimaiyyәtә tәqdim etmәyә hazırlaşır. Bu işdә ona Parlaq İmzalar Nəşriyyatı və Mediamark Agentliyi olaraq da biz kömәk edirik.

Rəşad Bayramov kimdir?

Rəşad Bayramov Azərbaycan Dillər Universitetində (2001-ci il) filologiya üzrə bakalavr təhsili, ABŞ-in Roçester Texnologiya İnstitutunda (2004-cü il) isə kommunikasiya və marketinq üzrə magistr təhsili alıb.  2004-cü ildən BP şirkətində Xarici Əlaqələr Şöbəsinin rəhbəridir.

10 ildən artıqdır ki, natiqlik, biznes kommunikasiyası, vaxtın idarə edilməsi və s. kimi mövzularda təlimlər keçir. www.rashadbayramov.com bloqu fəaliyyət göstərir. Sosial şəbəkələrdə aktiv şəkilə fəaliyyətini izləyə bilərsiniz.

Rəşad həm də müxtəlif xarici ölkələrdə təlim keçməyə dəvət alır. Hətta bir neçə gün öncə ərəblərin ölkəsində (Qətər) ərəblərə təlim keçib :)

grey - Çıxış etmәk hәyәcanınızı yox edәcәk kitab - "Sözünә Güvәn"!

 

Rəşad bəylə 5 dəqiqə ünsiyyətdə olduqda insanın azərbaycan dilinə sevgisi artır :) Adam o qədər düzgün və səlis şəkildə fikirlərini ifadə edir ki, həsəd aparmamaq olmur. Təbiidir ki, hər kəsin hər istədiyi vaxtda Rəşad Bayramovla ünsiyyət qurmaq imkanı olmur. Amma çapdan çıxacaq bu kitab vasitəsilə siz Rəşad bəylə virtual olaraq ünsiyyət qurmuş olacaqsınız. Üstəlik o, kitabda təkcə sizinlə söhbət etmir, həm də necə düzgün danışmaq, fikirini necə daha rahat izah edə bilmək, çıxış edərkən həyəcanı necə dəf etmək barədə praktik məsləhətlər verir.

 

Kitabın ilk oxucularındanam. İlk iki fəsli oxuduqdan sonra 6 məsələni özümçün qeyd etdim, dedim “əla”, növbəti seminarımda bunları tətbiq edəcəm. Növbəti seminarım baş tutdu, seminardan çıxandan sonra təhlil etdim çıxşımı, baxdım ki, qeyd etdiyim 6 məsələdən cəmi birini tətbiq edə bilmişəm, qalanlarını çıxış anında xatırlamaq belə, mümkün olmayıb. O zaman anladım ki, bu, elə də asan deyil, uğurlu çıxış etmək üçün adam öz üzərində çox çalışmalıdır. Amma bundan öncə yaxşı bir yolgöstərən olmalıdır əlbəttə.

 

Sözünə Güvən – Özünə Güvən!

(Kitab haqda ətraflı buradan məlumat ala bilərsiniz)

“Sözünə Güvən” kitabı sizə uğurlu çıxış etmək üçün yaxşı bir yolgöstərən olacaq. 10-12 nəfərdən çox auditoriya qarşısında çıxış etmək çoxlarına qorxulu gəlir. Birdən fikrimi düz izah edə bilməsəm?! Mən danışanda kimsə gülsə?! Təqdimatın ortasında proyektor sönsə?! Danışdığım vaxt zala müdir (rektor) girsə?! Çıxışım zamanı həyəcanlandığımı hiss etsəm? Bu qorxu dolu suallar çoxlarını danışmaqdan çəkindirir. Bugünkü gündə isə danışmadan, fikirini qarşındakına səlis izah etmədən, lazım gəldikdə 100-150 nəfərlik, müdirlərin, rektorların, yüksək vəzifəli dövlət nümayəndələrinin qarşısında çıxış edə bilmədən uğur qazanmaq çətin olacaq, heç kim səni anlamayacaq, heç kim səni ciddi qəbul etməyəcək.

Bunun üçün öyrənmək lazımdır! Çıxış etməyi öyrənmək lazımdır! Düzgün və axıcı çıxış etməyi öyrənmək lazımdır!

Bu kitab hər bir kəsə sözünə güvənməyə, bununla da özünə güvənməyə yardımçı olacaq. Kitab artıq bir neçə gün sonra satışa çıxacaq və ilk tiraj limitlidir. Əgər bu kitabdan faydalanmaq istəyirsinizsə aşağıdakı linkə keçid edib kitabı önsifariş edə bilərsiniz.

Önsifariş edənlər arasından təsadüfi seçiləcək 10 nəfər Kitabın xüsusi təqdimat mərasiminə qonaq qismində dəvət alacaq. Kitabı oxuyun və sonra fikirlərinizi bizimlə #SozuneGuven haştaqı ilə sosial şəbəkələrdə bölüşün :)

 

grey - Çıxış etmәk hәyәcanınızı yox edәcәk kitab - "Sözünә Güvәn"!

“Sözünə Güvən” Kitabı – Önsifariş

 —

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev