Əhməd kimi ol, Orxan kimi olma!


Cəmi 4 gün öncə sosial şəbəkələrdə trend yarandı: Yanvarın 17-si gənc startapçılardan Rüfət Məmmədli xaricdə yenicə dəbə minmiş “Be like Bill” (Bill kimi ol) trendinin Azərbaycan versiyasını “Əhməd kimi ol” ifadəsini və onun Facebook səhifəsini  yaradır. Ağıllı, nümunəvi insan olan Əhməd 4 gündə ölkədə elə populyarlıq qazanır ki, bu gün artıq Facebook-da səhifələrini izlədiyim şirkətlərin əksəriyyəti “Əhməd kimi ol” posteri ilə məhsulunu reklam edirdi :)

4 gündə qarşıma çıxan ən maraqlı 6 poster:

ehmed kimi ol lale kimi ol ehmed kimi ol ehmed kimi ol əhməd kimi olmaehmed kimi ol əhməd kimi ol


Qeyd etdiyim kimi, bir neçə şirkət də artıq “Əhməd”dən istifadə edib:

ehmed kimi ol kindle az ehmed kimi ol uberehmed kimi ol 189 taksi ehmed kimi ol leylek bezleri ehmed kimi ol hyundai ehmed kimi ol fins az


Qısa müddət sonra Əhmədlə yanaşı Lalə də meydana çıxdı:

ehmed kimi ol lale kimi ol


Sevindir.az portalı da mövzudan incəliklə istifadə etdi:

ehmed-lale-sevindir-az


İş o yerə çatdı ki, Technote.com saytı “Əhməd kimi ol” posterinin necə hazırlanması ilə bağlı YouTube-da öyrədici video hazırladı:


 

Və PlayStore-da “Əhməd kimi ol” posteri hazırlamağa kömək edən mobil tətbiq yerləşdirildi: Əhməd kimi ol


Hətta Türkiyənin məşhur saytları Onedio.comMynet.com-da da “Əhməd” gündəmə çıxdı :)

Ən maraqlısı və bu yazını yazmağıma səbəb isə yaxın dostum Vəfanın mənim ünvanıma hazırlayıb göndərdiyi “Orxan kimi olma” yazısı oldu :) Yazıdan daha çox Facebookda şəklin altına yazılan şərhlər gülməli oldu :) Şəkilə buradan baxa bilərsiniz!

İndi Rüfət oturub düşünür ki, illərdir startap sferasına canını qoyub, ortaya çıxan nəticə 4 gündə “Əhmədin ortaya qoyduğu” nəticə qədər olmayıb… :)

Demək ki, Əhməd kimi ol’maq lazımdır, dostlar! :)
Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev