Facebook reklam alətlərində dəyişiklik – “Ads Manager” və “Power Editor” birləşir

2016-cı ilin yay aylarından başlayaraq, SMM Təlimlərimizdə iştirakçılara deyirdim ki, Facebook Ads Manager və Power Editor alətləri birləşəcək. Və gözlənilən oldu – Facebook rəsmi olaraq bunu elan etdi. Bəs görək bu dəyişiklik reklamverənlərə necə təsir edəcək?!

Facebookda reklam yaratmaq

Bunun üçün Facebook bizə 3 cür xidmət təklif edir:

  1. Paylaşılan postun altında çıxan düymə ilə (Boost Post) reklam yaratmaq – Bu, sadə imkanlar verən sürətli reklam yaratmaq yoludur.
  2. Ads Manager alətilə reklam yaratmaq – Bu, professional, daha çox texniki imkanlar verən reklam yaratmaq yoludur.
  3. Power Editor alətilə reklam yaratmaq – Bu, Ads Manager’də olmayan daha professional və texniki imkanlar verən reklam yaratmaq yoludur.

 

Yeni reklam aləti

Gördüyümüz kimi, Power Editor daha professional şəxslərin istifadəçi üçün nəzərdə tutulan alət idi. Amma son 2-3 ildə hər iki aləti istifadə etdikcə baxdım ki, bəzi funksiyalar Power Editor’dan Ads Manager’ə keçir. Power Editor’da filan addımı atmaq istəyirsən, bildiriş çıxır ki, bu düyməyə klikləyəndə siz Ads Manager’ə yönlədiriləcəksiniz. Bunun kimi bir neçə halla rastlaşdıqdan sonra əmin oldum ki, Facebook bu iki aləti birləşdirmək istəyir.

Bir neçə gün öncə isə Facebook rəsmi olaraq açıqladı ki, adıçəkilən hər iki aləti birləşdirib, yeni, daha funksional və daha faydalı alət – yenilənmiş “Ads Manager” təqdim edəcək. Qeyd olunur ki, bu dəyişiklik reklamverənlərin işini asanlaşdırmaq, həmçinin reklam modullarından daha effektiv istifadə edə bilmək üçün edilir.

Facebook reklamlarından mütəmadi istifadə edənlər bilir ki, zatən son 2 ildə Ads Manager həm dizayn olaraq, həm də funksionallıq olaraq xeyli dəyişib. Mütəmadi olaraq Ads Manager’dən istifadə etmisinizsə yeniliklər sizin üçün elə də qəliz olmayacaq, yəni ciddi dəyişikliklərin şahidi olmayacaqsınız.

Sadəcə olaraq Facebook’un verdiyi imkanlardan düzgün istifadə etməklə daha effektiv reklam kampaniyaları yaratmaq lazımdır.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev