Facebook reklam qiymətləri – 10 dollara reklamı neçə nəfər görəcək?

facebook-reklam-qiymetleri-dollar

Facebookda reklam qiymətləri və reklamın effekti hər kəsi düşündürən məsələlərdir. Bütün marketinq mütəxəsissləri sosial media reklamlarının daha effektiv, daha səmərəli, daha ucuz olduğunu deyir. Orkhanrza.com’da da bu haqda araşdırma yayımlanmışdı. Faydalardan danışılır, amma bu reklamların konkret olaraq neçəyə başa gəlməsi, effektinin nə olması haqda məlumatlar demək olar ki, yoxdur. Bu yazıda sizə Facebook reklam qiymətləri barədə danışacağıq.

 

Facebook reklam qiymətləri

  1. Facebook reklamında pul effektivliyə (nəticəyə) görə çıxılır. Məsələn, TV-də 30 saniyəlik reklam çarxı 1 000 azn-dir və sifariş etdikdə bilirsiniz ki, reklamınız 30 saniyə yayımlanacaq, 1 000 azn xərc çıxacaq. Və ya bolbordda reklamınızın bir aylıq göstərilməsi haqqı 750 azndir və siz o məbləği ödəyirsiniz, bir ay ərzində bilbordda sizin reklamınız yayımlanır. Burada effektivlik və ya nəticə ödədiyiniz məbləğə təsir etmir. Facebookda isə pul reklamı görən insanların sayına görə və ya o reklama göstərilən rekasiyaya (“like” etmək, paylaşmaq, şərh yazmaq) görə çıxılır.
  2. Facebook-da reklamın standart qiyməti yoxdur. Facebookda reklam qiyməti “real-time bidding” (gerçək zamanlı hərrac) sistemi ilə müəyyən edilir. Yəni sizin seçdiyiniz seqmentasiya üzrə reklamverənlərin sayı o reklamı görə biləcək insaların sayına nisbətdə çox olarsa (tələb təklifdən çox olarsa) sizin xərciniz artır, əksinə (tələb təklifdən az) olarsa sizin xərciniz azalır. Həmçinin paylaşdığınız məzmunun keyfiyyəti nə qədər yaxşı, mövzusu nə qədər maraqlı olarsa xərciniz bir o qədər az olacaq.

 

facebook-reklam-xercleri

 

Facebookda reklam yaradıb, 1 dollar büdcə seçdikdə Facebook bu reklamın 1 100 – 2 800 arası insana çatacağını deyir (yuxarıda qeyd etdiyimiz səbəblərə, həmçinin olduğunuz ölkəyə, səhifənizin kateqoriyasına və s. kimi onlarla amillərə görə qiymət dəyişir və yalnız reklam yayımlanan anlarda artıb-azalacağı bəlli olur). Amma siz daha yaxşı auditoriya, daha keyfiyyətli, daha maraqlı məzmun reklam etməklə orada göstərilən rəqəmdən qat-qat çox insana reklamı göstərə bilirsiniz. Yəni oradakı 2 800 nəfər maksimum göstərici deyil, siz onu bir neçə dəfə artıra bilərsiniz.

Reklama 10 dollar xərcləsəm effekti nə olacaq?

Gələk, “reklama 10 dollar xərcləsəm effekti nə olacaq?” kimi sualların cavabına. Bu gün bir şirkət rəhbəri ilə görüşdə eyni sual ünvanlandı ki, Facebooka aylıq filan qədər vəsait xərcləsəm effekti nə olacaq. Dostlar, Facebook sizə reklamın qarşılığında neçə yeni müştəri qazanacağınızı, neçə satış edəcəyini demir, deyə də bilməz. Onun işi göstərməkdir. 1000 nəfərdən 50-si də sizin müştərinizə çevrilə bilər, 5-i də çevrilə bilər, heç biri çevrilməyə də bilər. Onlar sizdən (sizin yaratdığınız reklam kampaniyasından) asılıdır. Siz xərcləyəcəyiniz 10 dollardan nə effekt alacağınızı 3 yolla poqnozlaşdıra bilərsiniz:

  1. Həmin (və ya bənzər) məhsulun/xidmətin öncəki reklam kampaniyalarının təhlili ilə.
  2. Rəqib/partnyor şirkətlərin analoji məhsulunun/xdmətinin reklam nəticələrinin təhlili ilə.
  3. Məhsula kiçik (simvolik) büdcəli reklam kampaniyası yaradıb, nəticəsini ölçməklə.

Yuxarıdakı suala ümumi cavab vermək lazım gələrsə, deyim ki, 10 dollarlıq reklamla siz pylaşımınızı 5-25 min arası insana göstərə biləcəksiniz. Əgər hədəf kütləsi uyğun seçilibsə, paylaşımınız da maraqlıdırsa, 100 nəfərdən  1 000 nəfərədək insan paylaşımınıza reaksiya verə bilər. Onları doğru yönləndirməklə siz ciddi satış edə bilərsiniz.

P.s. 10 dollarlıq reklamla sıfır satış da edə bilərsiniz, bu da yadınızda olsun.

 


 

Həmçinin oxuyun:

facebookda-reklam-pulsuz 3-dollar-facebook-reklam-yerlesdirmek

facebook-effektiv-reklam-yaratmaq facebook-youtube-instagram-video

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev