Facebook’da Youtube və Instagram videosu paylaşmayın

Facebook’a videolar yükləməklə bərabər, mütəmadi olaraq Youtube və Instagram’dan da videolar paylaşırıq. Amma müxtəlif videolar müxtəlif sayda auditoriyaya çatır. Buna səbəblərdən biri videonun məzmunu ilə bağlı olsa da, bu əsas səbəb deyil. Əsas olan səbəb Facebook’un tətbiq etdiyi alqoritmdir. eMarketer‘in araşdırmasına görə Facebooka yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi YouTube’dan (eyni zamanda Instagram’dan) paylaşdığımız videoların “reach” faizindən təxminən 2 dəfə çoxdur.

facebook youtube video paylasmaq

Niyə belədir? Çünki Zükerberq “video-baxış” hegemonluğunu YouTube’dan almaq istəyir. İllərdir dünyanın əsas video paylaşım və izləmə məkanı olan YouTube Facebook’un əsas rəqibidir. Buna görə də Facebook müxtəlif gedişlərlə videoya baxış sayını artırmaq və dünyada liderliyi ələ keçirmək istəyir. Bu gedişlərdən biri də istifadəçinin ana səhifəsində çıxan videoların avtomatik olaraq işə düşməsi idi. Bir müddət öncə bunu edən Facebook süni olaraq baxış sayını artırmağa müəyyən qədər müvəffəq oldu. Doğrudur, Ayarlar bölməinə daxil olub, bu funksiyanı söndürə bilirsiniz, amma nəzərə alsaq ki, Facebook istifadəçilərinin böyük əksəriyyəti bəlkə də heç vaxt Ayarlar hissəsinə daxil olmayıblar, aydın olur ki, Facebookun bu “yeniliyi” 1,5 milyardlıq istifadəçilərin əksəriyyətində hələ də aktivdir və onların ana səhifəsində çıxan videolar avtomatik olaraq işə düşür və baxış sayı artır.

Hazırda Facebook’da da, YouTube’da gündəlik video baxılma sayı təqribən 10 milyarddır! Və liderlik uğrunda mübarizə gedir. Bu mübarizə də anlaşılandır: Sosial şəbəkədə nə qədər çox videoya baxılırsa, həmin platformada o qədər çox vaxt keçirilir, nə qədər çox vaxt keçirilirsə, həmin platforma o qədər çox reklam gəliri əldə edir. Bir müddət öncə Facebook mobil axtarış sisteminə etdiyi yeniliklə Google’un bostanında daş atmışdı, video sferasındakı mübarizəsi isə sosial mediada (reklam bazarında) daha böyük paya sahib olmaq uğrundadır.
Qeyd edim ki, Facebook’un video sahəsində tətbiq etdiyi dəyişiklik öz təsirini göstərməkdədir. Son araşdırma göstərib ki, Facebook’da paylaşılan videoların 65%-i Facebook’a yüklənilən videolardır. YouTube videolarının paylaşım faizi isə 3 dəfəyədək azdır – 24%.
facebook reklam instagram

Və Facebook’un faiz nisbəti getdikcə də artacaq. Çünki sən videonun Youtube linkini Facebook’da paylaşırsan, bunu görən istifadəçilərin sayı 5 000 olursa, videonu Facebook’a yükləsən bu, ən azı 10 000 olacaq. Üstəgəl YouTube videona 5 000 adamdan 500’ü baxacaqsa, Facebooka yüklədiyin videoya 10 000 adamdan 1 000’i baxacaq və 2 000 – 3 000 adamın profilində də avtomatik olaraq işə düşdüyündən baxış sayı YouTube baxış sayından 5-7 dəfə çox olacaq.  Buna görə də videonu YouTube’dan paylaşmaqdansa Facebook’a yükləmək videonun daha çox yayılmasına səbəb olur.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev