facebook reklam bloq meqale - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules
FacebookSosial Media Marketinqi

Facebookda reklam yaradanlar üçün faydalı yenilik – Automated Rules

facebook reklam bloq meqale 1024x680 - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

Facebook reklam yaradanlar üçün faydalı bir yenilik tətbiq etdi: Automated Rules.

 

Facebook reklamlarından mütәmadi istifadә edәn, ay әrzindә bir neçә yüz vә ya min dollar xәrclәyәn şәxslәr reklam kampaniyalarının idarә edilmәsinә kifayәt qәdәr çox vaxt sәrf edirlәr.

Çünki Facebookda reklam yaratmaq, çoxlarının düşündüyü kimi, 3-4 mәlumatı daxil edib, OK düymәsinә kliklәmәkdәn ibarәt deyil. Yaradılan hәr reklam kampaniyasına mütәmadi olaraq nәzarәt etmәk lazımdır. Bәzәn bәnzәr şәrtlәrlә yaradılan iki reklam kampaniyasının nәticәlәri bir-birindәn 2-3 dәfә fәrqlәnir. 1 000 dollar xәrclәmәklә әldә olunan nәticәni düzgün idarәetmә ilә 300-400 dollara әldә etmәk olur. Amma bunun üçün reklam kampaniyaları ilә gün әrzindә “oynamaq lazımdır”. Bu da kifayәt qәdәr vaxt aparan prosesdir.

 

Facebook Automated Rules

Facebook’un “Automated Rules”  (Facebook reklam kampaniyalarının avtomatlaşdırılması) yeniliyi qeyd etdiyimiz vaxt problemini müәyyәn sәviyyәdә hәll edir.

facebook reklami avtomatlasdirma - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

 

Siz yaratdığınız reklam kampaniyalarına şәrtlәr tәtbiq edә bilirsiniz. Mәsәlәn, sәhifәnin “like” sayını artırmaq üçün yaratdığınız reklama şәrt qoya bilirsiniz ki, bir “like”ın qiymәti 0.10 dollardan çox olduqda kampaniyanın büdcәsini azaltsın, 0.15 dollardan çox olduqda reklamı dayandırsın. Vә ya reklama qoyduğunuz paylaşıma gәlәn hәr reaksiyaya xәrclәnәn vәsait 0.04 dolları keçdikdә bu barәdә emailinizә bildiriş gәlsin, yaxud, yuxarıda qeyd etdiyim kimi, reklamı dayandırsın.

facebook automated ads rule - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

 

Yaratdığınız şərtləri istəsəniz bir reklam kampaniyasına, istəsəniz bir neçəsinə və ya hamısına tətbiq edə bilərsiniz.

facebookda reklam etmek - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

 

Hazırda Facebook avtomatlaşdırma üçün bir neçə şərt arasında seçim etmək imkanı verir. Siz gündəlik xərclənən vəsaitə, reklamın insanlara çatma tezliyinə, reklama gələn reaksiya sayına, mobil tətbiq yüklənmə qiymətinə və s. görə avtomatlaşdırma yarada bilirsiniz.

facebook reklam paneli yerlesdirmek - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

 

Reklam panelində menyudan “Automated Rules” seçdikdə açılan yeni səhifədə, sağ yuxarı tərəfdə “Create Rule” düyməsi görəcəksiniz. Oraya daxil olub, istədiyiniz cür şərtlər yarada bilərsiniz.

facebook automated rules create - Facebookda reklam yaradanlar üçün faydalı yenilik - Automated Rules

 

Siz hazırladığınız şәrtlәri yaratdığınız reklamlara tәtbiq etmәklә gündәlik vaxt sәrfiyyatını azalda bilәrsiz.

Texnologiya inkişaf etdikcә daha çox proseslәr avtomatlaşmağa başlayır. İşimizә müsbәt tәsir edirsә mütlәq faydalanmalıyıq.

 

Facebook-un bu yeniliyi haqda daha ətraflı oxumaq üçün Facebook Help Center‘ə və ya Jon Loomer’in bloq yazısına göz gəzdirin.


 

Maraqlı ola biləcək digər yazılar:

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev