Facebook’da səhifə yaradarkən bunlara diqqət edin (Səhifə kateqoriyaları)

Yəqin çoxlarınızda olub ki, Facebook səhifənizə xəritə (ofisin ünvanı və s.), iş saatları əlavə etmək istəyirsiniz, amma səhifədə bunu tapa bilmirsiniz. Və ya öz səhifənizdə check-in etmək istəyirsiniz, amma səhifənin adı siyahıda çıxmır.

Facebook’da səhifə yaradarkən diqqət edilməli bir neçə mövzu var ki, bunları gözardı edənlər bir müddət sonra problemlə qarşılaşırlar. Bunlardan ən birincisi səhifənizi düzgün kateqoriyada yaratmaqdır.

Facebook’da səhifə yaradarkən sizə 6 kateqoriya təklif olunur. Yaratdığınız səhifə 6 kateqoriyadan hansısa daha uyğundursa onu seçməlisiniz. Həmçinin önəmlisi odur ki, bu kateqoriyaların hər birinin özünəməxsus fərqlilikləri var. Məhz bu, bir çox Facebook istifadəçilərini çaşdırır.

Bu haqda Facebook Yardım mərkəzində (Facebook Help Center) geniş məlumat var. Lakin tez-tez bununla bağlı dostlar sual verir deyə qərara gəldik ki, bu haqda da bloq yazaq.

Aşağıda siz hansı kateqoridakı səhifələrin hansı imkanlara malik olduğunu görəcəksiniz. Görmək istədiyiniz imkanlara baxıb, ona uyğun kateqoriya seçə bilərsiniz. Məsələn, səhifənizin “check-in” ünvanı kimi istifadə olunmasını istəyirsinizsə “Companies & Organizations” və ya “Local Businesses” kateqoriyasını seçməlisiniz (Əslində bu, belə olmur. Sizin açdığınız səhifə şirkət və ya yerli biznesə aiddirsə siz bu kateqoriyaları seçirsiniz və orada “check-in” imkanı da olur. Amma bizdə bəzən kitab üçün səhifə açanda da istəyirlər ki, o səhifəni “check-in” etmək imkanı olsun :) Ona görə aşağıdakı parametrlərə baxaraq seçim etmək olar):

  1. Books & Magazines, Brands & Products – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews).
  2. Companies & Organizations – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews), E-mail, Telefon, Ünvan, Xəritə, İş saatları, “Check-in” imkanı.
  3. Local Businesses – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews), E-mail, Telefon, Ünvan, Xəritə, İş saatları, “Check-in” imkanı.
  4. Movies, Music, Television – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews), E-mail, Telefon.
  5. People, Sports – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews), E-mail, Telefon, Ünvan, Xəritə, İş saatları.
  6. Websites & Blogs – Qısa məlumat, Vebsayt, Xidmətlər, Reytinq və Rəylər (Reviews), E-mail, Telefon, Ünvan, Xəritə.

 


(Şəkil: Facebook Help Center)

Yenilikləri və dəyişiklikləri izləmək üçün bu səhifəyə baxa bilərsiniz: Facebook Help Center / Pages

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev