Facebookdan çıxmayasınız deyə Zükerberq hansı yollara əl atır? II yazı

Bir müddәt öncә Facebook’un gәlirlәrinin artması vә bu tempi saxlamaq üçün Zükerberqin nәlərə ehtiyacı olduğu haqda yazmışdıq.

Qeyd etmişdik ki, Facebook’un gәlirlәrini artırması üçün istifadəçi tərəfdən 2 әsas amil var:

1) Hazırda movcud olan 1.7 milyard istifadәçi sayını artırmaq,

2) Bir istifadәçinin Facebook’da keçirdiyi müddəti artırmaq.

 

Facebook’un qazancını artırması üçün reklamverən tərəfdən 2 әsas amil var:

1) Reklamverənlərin sayının artırılması,

2) Hər bir reklamverənin zaman keçdikcə Facebook’a daha çox pul xərcləməsini təmin etmək.

 

Ətraflı:

Bu yazıda hәmin mövzunun davamı olaraq Zükerberqin istifadәçilәrin vә reklamverәnlәrin aktivliyini qorumaq üçün hansı yollara әl atdığından danışacağıq.

 

Instant articles

Facebook’un ötən il təqdim etdiyi bu yenilik istifadəçilərin və xəbər saytlarının tam ürəyincə oldu. Əgər sizin vebsaytınız varsa Facebook’un verdiyi kodu sayta yerləşdirirsiniz, tənzimləmələr edirsiniz. Bundan sonra istifadəçilər Facebook mobil tətbiqindən paylaşdığınız xəbərlərə daxil olduqda sizi hansısa brauzerə yönləndirilmir, elə Facebookun özündə həmin xəbəri açır. Burada xəbər normaldan 10 dəfə daha sürətli (1 saniyədən az müddətdə) açır ki, bu da istifadəçi üçün daha rahatdır. Digər tərəfdən, vebsayt sahibləri üçün də bu əladır, çünki istifadəçi telefonunda hansısa brauzerə yönlənəndə bir neçə saniyə gözləməli olur, bəzən xəbərə daxil olmamış oradan çıxır. İndiki halda isə xəbərin açılması 1 saniyədən daha tez baş verdiyinə görə vebsayt sahibi həmin oxucunu itirmir.

Bir müddət sonra Orkhanrza.com’da yayımlanan xəbərləri də bu texnologiya ilə daha rahat oxuya biləcəksiniz.

 

 

Facebook bu yeniliyi ilə istifadəçilərin xəbər saytlarını Facebook’dan çıxmadan izləməsinə şərait yaradır ki, bu da istifadəçinin Facebook’da daha çox vaxt keçirməsinə səbəb olur.

Facebook “Instant Articles” ilə bir daşla 3 quş vurmuş oldu: 1) Həm istifadəçilərin, 2) həm potensial reklamverənlərin işini asanlaşdırmış oldu. 3) Üstəgəl, Facebook həmin xəbərlərin daxilində də reklam göstərir.

 

 

Facebook Search

İstifadəçilərin Facebook’u tərk etməsinin əsas səbəblərindən biri hansısa məlumatı axtarmaq üçün Google’a keçid etməsidir. Bu da istifadәçinin sәrf etdiyi vaxtı Facebook’dan alıb Google’a vermәsi demәkdir. Nәticәdә Facebook istifadәçi aktivliyini və ona mütənasib olaraq da reklam gәlirini itirir. Eyni ilә Google’un da reklam gәliri istifadәçinin Google’da (və ya Google reklamları yayımlayan vebsaytlarda) keçirdiyi vaxt vә etdiyi axtarış sayı ilә düz mütәnasibdir. Facebook bunu görərək axtarış sistemini təkmilləşdirdi. İndi siz Facebook axtarış sistemində trend olan mövzuları görə bilirsiniz. Həmçinin axtarış edərkən açar sözə uyğun xəbərləri, səhifələri, qrupları, foto, video, tətbiq və s. görə izləyə bilirsiniz.

    

 

Fb jobs

Bir müddət öncə Facebook elan etdi ki, platform daxilində “İş elanları” bölməsi yaradacaq. Burada iş elanı yerləşdirmək, həmçinin iş elanları ilə tanış olmaq və elana müraciət etmək mümkün olacaq.

Facebook bu addımı ilə LinkedIn platformasında mövcud olan eyni işi görür, məqsədi isə istifadəçinin iş elanı üçün başqa platformalara keçməsinin qarşısını almaqla, Facebook’da daha çox vaxt keçirməsini təmin etməkdir.

 

Video ads

Artıq videobloqerlər YouTube kimi, Facebook videolarından da pul qazana bilərlər. Facebook qısa müddət öncə açıqladığı bu yeniliklə YouTube’a ciddi təhlükə yaratmış oldu. Çünki bu gün YouTube dünyada ən geniş yayılmış video-portal və videobloqerlərin əsas gəlir platformasıdır. Eyni zamanda Facebook videolarına baxış sayı da Youtube qədərdir (hər ikisində gündəlik video izləmə sayı ~ 10 milyard).

İndi siz Facebook’a yüklədiyiniz videolardan pul qazana bilərsiniz, eynilə YouTube kimi. Facebook sizin videolarınızın daxilində reklam videoları göstərəcək və siz də ordan pul qazanacaqsınız.

Bu addımı ilə Facebook vloqerlərin YouTube-a üz tutmasının qarşısını almağı hədəfləyir.

 

Live videos

Facebook’un Canlı Yayım funksiyasını işə salması dünyada informasiya ötürülməsi prosesinə yeni nəfəs gətirdi. Bu gün, fikir verirsinizsə, dünyanın bir çox məşhur informasiya portalları önəmli hadisələri Facebook Live ilə öz səhifələrində canlı yayımlayırlar. Bir çox influencer’lər izləyiciləri ilə Canlı yayımda ünsiyyətdə olurlar. Facebook’da verilişlərin sayı sürətlə artmaqdadır. Bir müddət sonra Facebook TV’lərin gördüyü işi eynilə görərsə təccüblənməyin.

 

Automated Rules

Facebook “Automated Rules” yeniliyi ilə reklamverənlərin Facebook’u daha çox sevməsinə şərait yaratdı. Belə ki, Facebook’da reklam kampaniyaları yaradarkən onların effektiv olması üçün mütəmadi statistikanı izləməlisiniz. Bunu etmək isə vaxt baxımından həmişə mümkün olmur. Xüsusən əgər bu işə baxan ayrıca şəxs yoxdursa. Bir müddət öncə Facebook etdiyi yeniliklə reklamlara nəzarət üçün sistem yaratdı.  Siz yaratdığınız reklam kampaniyalarına “qaydalar” tətbiq edə bilirsiniz və bununla da reklam büdcənizin israf olmasının qarşısını müəyyən səviyyədə ala bilirsiniz.

 

Özəl günlərin xüsusi qeyd edilməsi

Facebook platformasında özəl günlərin (sizin doğum gününüz, müxtəlif bayramlar, Facebook’un ildönümü və s.) xüsusi şəkildə təqdim edilməsi də istifadəçi marağını qorumağın yollarından biridir. Facebook özəl hadisələri video-çaxr, slayd və s. şəklində istifadəçilərin paylaşa bilməsinə imkan yaradır və tez-tez hər birimizin qarşısına bu kimi videolar və ya fərqli kontentlər çıxır.

Facebook durmadan bu və ya bunun kimi onlarla yeni addımlar atır, fərqliliklər edir ki, həm istifadəçilər, həm də reklamverənlər Facebook’dan soyumasın, əksinə daha çox bağlansın. Belə olduqda isə Zükerberq gəlirlərini daha çox artırmış olur.

 

Bəs sizin üçün son dövrlərdə Facebook’un ən faydalı yeniliyi hansı olub? Şərh hissəsində bizimlə bölüşün:

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev