Facebook gelirleri 2017
Facebook

Facebook-un 2017-ci ildə gəliri 40 milyard dollar olub

Facebook-un 2017-ci ildəki gəlirləri ilə bağlı ötən həftə açıqladığı rəsmi hesabatda növbəti fantastik göstəricilərin şahidi olduq. Məlumata görə, Facebook-un 2017-ci ildə gəliri 40,6 milyard dollar olub. Bunun 39,9 milyardı reklamdan, 0,7 milyardı isə digər ödənişlərdən əldə olunub.

facebook gelirleri xercleri 2017 2018 - Facebook-un 2017-ci ildə gəliri 40 milyard dollar olub

2016-cı ildə Facebook-un gəliri 27 milyard dollar olmuşdu və şirkət bir ildə gəlirini təxminən 50% artıra bilib.

Və bunun nə qədər hissəsi ABŞ büdcəsinə vergi olraq köçürülüb, təsəvvür edirsiniz? Tam olaraq – 4.66 milyard dollar!

ABŞ-dakı bir şirkətin Dövlət büdcəsinə ödədiyi pul təxminən 5 milyard dollardır!

Facebook-un gəlirləri də xərcləri ilə yanaşı kifayət qədər artıb. 2016-cı ildə Şirkətin ümumi xərci 12 milyard dollar olmuşdusa, 2017-ci ildə bu göstərici 20 milyarda qalxıb.

Facebook-un 2017-ci ildəki gəlir və xərcləri haqda ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Bu il Facebook üçün olduqca maraqlı il olacaq. Şirkətin davamlı olaraq təbii görülmə (organic reach) faizini azaltması bir tərəfdən reklam gəlirlərinin artmasına kömək edirsə, digər tərəfdən narazı auditoriyanın artmasına da səbəb olur. Xüsusən ötən il “İki Ana Səhifə” ideyasından sonra ciddi narazılıqlar oldu. Əgər bu, baş verərsə Facebook-un istifadəçi aktivliyində və gəlirlərində inkişaf tempinin necə olacağı qeyri-müəyyəndir.

Hələ ki, 2 milyarddan çox insan bu platformadan aktiv istifadə edir (Gündəlik daxil olanların sayı 1,5 milyarda yaxındır).

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev