Futbol yığmalarının dünya reytinqini heç belə görməmişdiniz!

Bu gün FIFA futbol üzrə yığma komandaların növbəti reytinqini açıqladı. Budəfəki reytinq cədvəlini maraqlı edən bir neçə məqam var:

  • Belçika dünya reytinqində ilk dəfə olaraq liderliyə yüksəlib

FIFA aylıq dünya reytinqini açıqlamağa başladığı 1992-ci ildən indiyədək 7 ölkə liderliyə yüksəlmişdi (Argentina, Braziliya, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya). Adıçıkilən ölkələrin nüfuzu onları lider görməyi insana öyrəşdirirdi. Lakin bu siyahıya Belçikanın daxil olması belçikalı fubolçuların əzmindən xəbər verir.

belgium-team-fifa-ranking-2015
Futbol yığmalarının dünya reytinqini heç belə görməmişdiniz!

Əhalisi bizimlə təxmini eyni (11 milyon), ərazisi bizdən 3 dəfəyə yaxın kiçik (30 min kv. km) olan ölkə dünya reytinqində liderliyə yüksəlir. 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsini qrup lideri kimi tamamlayan Belçika son illər həqiqətən də əzmkar komanda imici formalaşdırıb. Komanda son illər ərzində Hollandiya, Avstraliya, İsrail kimi yığmaları evdə, Fransa, İsveç, Xorvatiya, ABŞ kimi komandaları isə səfərdə məğlub etməyi bacarıb. 2009-cu ildə dünya reytinqində 66-cı olan Belçika həmin vaxtdan sonra stabil və inamlı çıxış nəticəsində daima irəliləyib və bu gün həmin əzmkarlığın və stabil oyunun nəticəsi – dünya liderliyi onlara nəsib oldu.

belgium football team fifa
Futbol yığmalarının dünya reytinqini heç belə görməmişdiniz!

Belçika yığma səviyyəsində dünya liderliyinə yüksəldi, amma klub səviyyəsində hələ ki, böyük uğurlara imza ata bilmirlər. Klubların Avrokuboklardakı builki nəticələrinə görə Belçika hazırda 23-cü yerdədir, halbuki Azərbaycan sıyahıda 19-cudur.

Avroliqada Qarabağ Belçikanın Anderlext klubu ilə eyni qrupda mübarizə aparır və Bakıda keçirilən ilk oyunda Qarabağ rəqibini 1-0 hesabı ilə məğlub etməyi bacarıb.

  • Yığmamız son oyunlardakı məğlubiyyətlər səbəbilə hələ də “3rəqəmli” mövqedədir

Azərbaycan yığması son 14 oyunda 1 dəfə qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Xüsusən də hazırkı reytinq hesablanan dövrdə Bolqarıstana və İtaliyaya məğlub olmağın nəticəsidir ki, yeni reytinqdə millimiz 10 pillə geriləyib və 115-ci pilləyə enib.

Azerbaijan's Rashad F. Sadygov (L) struggles for the ball with Italy's Eder during their Euro 2016 group H qualifying soccer match at the Olympic Stadium in Baku, Azerbaijan, October 10, 2015. REUTERS/David Mdzinarishvili

Doğrudur reytinq bizi üzür amma yeni baş məşqçimiz gələcək üçün müsbət düşünməyə əsas verir. Lovğa, özündənrazı Berti Foqts-dan fərqli olaraq Prosineçki həm mətbuat nümayəndələri ilə ünsiyyətdə, həm də komandaya göstərdiyi münasibətdə kifayət qədər mədəni və həvəsli görünür. Qarşıdakı oyunlarda yığmamızın inkişafını görəcəyimizə inanıram.

144471338069233330_1000x669
Futbol yığmalarının dünya reytinqini heç belə görməmişdiniz!

  • Ermənistan 1994-cü ildəki yerinə, 127-ci pilləyə qayıtdı

Yeni açıqlanan reytinqdə ən maraqlı nəticələrdən biri də Ermənistanın yığması ilə bağlıdır. 2 il öncə dünya reytinqində 35-ci pilləyədək irəliləyən ermənilər 2016 Avropa Çempionatının seçmə mərhələsindəki biabırçı çıxışları səbəbilə 127-ci pilləyə yuvarlanıblar, başqa sözlə desək ermənilər indi bizdən təkcə klub reytinqinə görə deyil, artıq yığma reytinqinə görə də geridədir. Qonşumuza uduzduğumuz yeganə fakt Mkitiryanın 30 milyon dollara Borrusiya Dortmund klubuna satılmasıdır. Bizim yığmamızdakı 11 oyunçunu + ehtiyat oyunçuları + klublarımızdakı oyunçuları + 2ci divizyondakı oyunçularımızın qiymətini toplasaq, yenə 30 milyon etmir təəssüf ki…

Mittwoch 10.07.2013, 1. Fussball - Bundesliga Saison 13/14 - in Basel, Freundschaftsspiel, Testspiel, FC Basel - BV Borussia Dortmund, Henrikh Mkhitaryan (BVB) Foto: DeFodi.de +++ Copyright Vermerk DeFodi.de -- DeFodi Ltd. & Co. KG, Wellinghofer Str. 117, D- 44263 D o r t m u n d, sport@defodi.de, Tel 0231-700 500 44, Fax 0231-700 54 90, C o m m e r z b a n k D o r t m u n d, Kto: 36 11 76 100, BLZ: 440 400 37 // BIC COBADEFF440 // IBAN: DE74 4404 0037 0361 1761 00 // Steuer-Nr.: 315/5803/1864 , USt-IdNr.: DE814907547 - 7% MwSt.

  • Hollandiya Avropa Çempionatından kənarda!

Mən ağlım kəsəndən Hollandiyanı Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində qrup lideri, adətən də rəqiblərini böyük xal fərqli ilə üstələməsini görmüşdüm. Amma bu seçmə mərhələdə inanılmaz gerçəkləşdi. Açılış oyununda Çexiyaya, 3-cü turda isə İslandiyaya məğlub olan Hollandiya evdə Türkiyə ilə 1-1 etdi. Amma hələ Hollandiyanın şansları qalırdı. Və əksəriyyət “Zanbaqlar ölkəsinin” növbəti oyunlarda “pis əsəbiləşəcəyini” və qarşısına çıxanı məğlub edəcəyini gözləyirdi. Lakin əksinə oldu: Hollandiya son 4 oyunun 3-də  Türkiyəyə, İslandiyaya və Çexiyaya məğlub oldu və qrupu 4-cü bitirdi, bununla da Fransada keçiriləcək Avropa çempionatından kənarda qaldı.

Avstriya’nın son 3 ildə 70-ci pillədən 10-cu pilləyə qalxması, Bosniya-Hersoqovinanın 1996-cı ildən indiyədək stabil artım tempi göstərərək 152-ci pillədən 20-ci pilləyə yüksəlməsi, iyun ayında 9-cu pillədə olan Fransanın hazırkı reytinqdə 24-cü pilləyə enməsi də FIFA-nın yeni reytinqində marağa səbəb olan dəyişikliklərdir.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev