Google Maps, Bakcell, Uber – ABŞ’da olarkən köməyinizə çatacaq brendlər barədə

ABŞ səfərimin gözlədiyimdən daha rahat keçməsini qeyd etmişdim. Amma buna nələrin səbəb olduğunu deməmişdim. Bu yazıda sizə ABŞ-a səfər etdiyiniz təqdirdə nələrə diqqət etməli olduğunuzdan danışacam.

 

Google Maps

Google’un bir çox funksiyalarından, o cümlədən xəritəsindən Bakıda geniş istifadə edirik. Gedəcəyimiz yerə avtomobillə, taksi ilə (daha dəqiqi Uber ilə), ictimai nəqliyyatla və ya ayaqla neçə dəqiqəyə çatacağımızı, hansı avtobusdan/metrodan istifadə etməli olduğumuzu Google bizə bildirir.

ABŞ-da isə Google Maps möhtəşəm işləyir. Demək, San Fransisko’da oteldəyəm, Golden Gate Bridge‘ə gedəcəyəm. Google Maps’da ünvanı seçdim. Məsəlçün, saat 12:30-da baxıram buna. Google göstərir ki, 12:33-də oteldən çıx, 12:35-də dayanacağa çatacaqsan, 12:36-da X nömrəli avtobus gələcək, ona min, 7 dayanacaq (16 dəq) getdikdən sonra Y dayancaqda düş, 12:52-də Golden Gate Bridge’dəsən.

Təsəvvür edin, indi oteldən çıx demir haa, dayanacaqda gözləyərsən, soyuq dəyər, yaxşı olmaz. 3 dəqiqə sonra oteldən çıx deyir. Və inanın, həmin ünvana 12:52-də də çatırsan (əksər hallarda).

ABŞ-ə səfər edərkən biraz narahatlığım var idi, orada yaşamaq, hərəkət etmək necə olmasını bilmirdim, ilk dəfə idi “dünyanın o başına” gedirdim və tək gedirdim. Amma Google Maps sayəsində, eləbil, San Fransiskonun “köhnə kişilərindən” idim :) O dərəcədə rahat oldu. Bakıda Google bir çox detalları bizə göstərə bilir, ABŞ-da isə  hətta ən xırda detalı belə göstərir deyə yolu azmaq, hansısa ünvanı tapmamaq kimi versiya qalmır.

 

Bakcell

ABŞ-da olarkən ilk günlərdə daha çox Starbucks’ın WiFi’larına qoşulurdum. Amma o an yetişdi və telefonuma belə bir mesaj gəldi:

Bəli, 10 azn-ə 1 Gb internet! Rouminqdə bu fantastikdir. Çünki bilirik ki, mobil operatorlarımız rouminqdə 1 Mb internet üçün bir neçə manat çıxır ki, hansısa SOS vəziyyət yaranmasa heç kim ondan istifadə etmir. Bakcell də hər zaman rouminqdə bənzər qiymətlər təklif edirdi deyə heç vaxt istifadə etmirdim. Amma ilk dəfə idi bu təklifi gördüm. Təbii ki, dərhal 1 Gb-lıq paketi aldım. O andan etibarən səfərim ikiqat rəngləndi :) Facebook dostluğumda olanlar xatırlayır, Empire State Building‘in 102-ci mərtəbəsindən Facebook Live etmişdim, ailə üzvlərimlə, dostlarımda küçədə gəzərkən Whatsapp’la canlı əlaqə qururdum, sosial mediada istədiyim paylaşımları istədiyim vaxt edirdim. Digər operatorların belə təklifi varmı, bilmirəm. Bakcell’in belə tarifi olduğunu, dediyim kimi, səfərin ortalarında öyrəndim. 3 dəfə 1 Gb-lıq paket götürdüm və həm ABŞ-da olarkən, həm də ABŞ-dan sonra səfər etdiyim İtaliyada mənə artıqlaması ilə bəs etdi.

 

Uber

Uber, hər zamankı kimi, yad şəhərlərdə xilaskardır. İstənilən (Uber-in fəaliyyət göstərdiyi) şəhərin aeroportunda düş, gedəcəyin yeri seç və qiyməti gör.  “Görəsən sürücü mənə qiymət oxuyacaqmı?”, “Bu şəhərin sürücüləri təhlükəlidirmi?” və s. kimi insanın tanımadığı şəhərdə düşündüyü ilk problemləri Uber ləğv edir. Düzdür, San-Fransiskoda Uber-dən çox istifadə etmədim, çünki ictimai nəqliyyatı olduqca rahat və imkanları genişdir. Bəzi hallarda, məsələn, gedəcəyim yerə Uber avtobusdan 20-25 dəqiqə tez aparacaq məni, qiyməti cəmi 10-15% fərq edəcək, elə hallarda Uber-dən istifadə edirdim. Amma məsələn, qaldığım oteldən Facebook HQ‘ə Uber 40 dollara aparırdı, avtobusla isə 2.5 dollara getmək mümkün olurdu.

 

Amma digər şəhərlərdə Uber ciddi sürətdə köməyimə çatırdı. Həm də Uber Bakıda fəaliyyətə başlayan gündən bu xidmətdən istifadə edirəm deyə bir doğmalıq var, application’u açıb, sifariş etdikdə insanda bir arxayınlıq yaradır :)

 

Beləliklə, bu 3 brendin verdiyi imkanlarla ilk dəfə ayaq basdığım Amerika torpaqlarında özümü illərdir orada yaşayırammış ki, rahat hiss etdim.

ABŞ səfərim haqda digər yazılarım:

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev