Hansı sosial şәbәkәnin nә qәdәr izlәyicisi var?

Tez-tez sosial şәbәkәlәrdәki izlәyici sayına görә mәşhurların, brendlәrin siyahısı dәrc olunur. Sosial şəbəkələrdə mәşhur simalar vә ya brendlәrlә yanaşı sosial şәbәkәlәrin özlәrinin dә profili/səhifəsi olur. Gәlin görәk sosial şәbәkәlәrin hansı platformalarda izləyici nə qədərdir.

 

Facebook

Facebook platformasında “ev sahibi” ən böyük izləyiciyə malikdir – 186 milyon. İkinci yerdə 82 milyon izləyici ilə YouTube gəlir. Növbəti cədvəllərdə də görəcəksiniz ki, YouTube digərlərindən fərqli olaraq bütün platformalarda özünə yaxşı izləyici toplaya bilib. Snapchat’ın isə Facebook-da rəsmi səhifəsi yoxdur. Ola bilər bu, aralarındakı rəqabətə görədir.

 

 

Twitter

Maraqlıdır ki, Twitter öz platformasında ikincidir. Liderlik YouTube-a məxsusdur – 67 milyon. Ev sahibi isə 60,3 milyon izləyiciyə sahibdir. Facebook bu platformada 4’cüdür (14 milyon).

 

Instagram

Instagram öz platformasında 216 milyon izləyici ilə liderdir və ən yaxın izləyicisi YouTube 8.2 milyon izləyiciyə sahibdir. Facebook burada 2.7 milyon izləyici toplaya bilib. Snapchat və Whatsapp’ın rəsmi profili yoxdur.

 

 

LinkedIn

Linkedin öz platformasında liderdir – 2 milyon. İkinci yerd Facebook gəlir – 1,4 milyon. Dİgər platformaların izləyicisi 1 milyondan azdır. Messenger-in burada rəsmi profili yoxdur.

 

 

Toplam (Facebook, Twitter, Instagram, LinkedIn)

Statistikasını hazırladığımız 4 platformada ümumilikdə ən çox izləyicisi olan platforma Instagram’dır – 299 milyon. Facebook ikinci (204 milyon), Youtube isə üçüncüdür (157 milyon).

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev