Haqqımda

Orxan Rzayev

Mediamark şirkətinin direktoru, sosial media mütəxəssisi.

orxan-rzayev-foto-yeni

 

  • 1987-ci ildə Bakıda anadan olub.
  • 282 saylı məktəbdə, “Zəngi” Liseyində təhsil alıb.
  • 2005-ci ildə 666 balla AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
  • 2009-2010-cu illərdə Gəncədə N saylı hərbi hissədə xidmət edib.
  • 2010-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
  • 2010-2012-ci illərdə jurnalist kimi çalışıb.
  • 2013-cü ildən startap sektorundadır. Manads, Roadinfo, Coli kimi layihələrin həmtəsisçisi olub. Hazırda MobChannel və Keepface startapları ilə məşğuldur.
  • 2016-cı ilin mart ayında Vaqif Abbasovla birgə Mediamark Agentliyini təsis edib, hazırda Agentliyi idarə edir.
  • 5  ildən artıq müddətdir ki, sosial media marketinqi üzrə fəaliyyət göstərir, 50-dən çox şirkətə konsultasiya verib, rəqəmsal marketinq strategiyasının qurulmasına iştirak edib, mütəmadi seminarlar keçir.
  • ABŞ, İsveçrә, İtaliya, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn treyninqlәrin vә tәdbirlәrin iştirakçısıdır.
  • 2014-cü ildən Orkhanrza.com bloqu fəaliyyət göstərir (2016-cı ilin III və IV rübündə bloq ölkədə ən çox oxunan sosial media, marketinq bloqu olub).
  • 2016-cı ildən “Sosial Media Marketinqi” Təlimləri tədris edir.
  • Ailəlidir, Zəhra və Leyla adlı iki qızı var.