Influencer Day Baku – Rəqəmsal aləmdə nələr baş verir?

Sentyabrın 30-u Bakıda influencer marketinq tədbiri təşkil olunacaq. Tədbir iki hissəli nəzərdə tutulub. Birinci hissədə ölkəmizdə və ümumən dünyada trend olan marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları və s. kimi mövzuların müzakirə olunması planlaşdırılıb.

Tədbirin ikinci hissəsində isə qonaqlara regionda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması​ təqdim olunacaq. Keepface artıq il yarımdır ki, fəaliyyət göstərsə də bu haqda yalnız dostlarımız və Keepface-lə əməkdaşlıq edən şirkətlər məlumatlıdır, hətta bəzi dostlar bizi görəndə soruşurlar ki, “Keepface var idi, durur o?” :) Bu kimi suallara da tədbirdə aydınlıq gətiriləcək.

 

Influencer Marketinq

Son 2-3 ildə bu termin olduqca populyarlaşıb. Sosial medianın populyarlaşması özü ilə “influencer marketinq” trendini də gətirdi. Sosial şəbəkələrdə izləyicisi çox olan, sosial mediada yazdığı bir statusa yüzlərlə, minlərlə “like” gələn, şərh yazılan, statusları ilə böyük auditoriyalara xitab edə bilən şəxslər və səhifələr “influencer” sayılır. Sosial media gücü olan həmin şəxslər və səhifələrlə birgə marketinq kampaniyasının həyata keçirilməsinə isə “Influencer marketinq” deyilir.

 

 

Keepface

Keepface ​”Influencer Marketinq”i avtomatlaşdıran bir platformadır. Bu platformada influencer’lər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Hazırda Keepface şirkəti 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. Keepface nəinki ölkəmizdə, artıq Mərkəzi Asiya, Yaxın Şərq və Şimalı Afrika ölkələri üçün xidmət göstərməyə başlayıb. Keepface hazırda Dubay qeydiyyatlı şirkətdir.

 

Influencer Day Baku

Sentyabrın 30-u “Dreamland”da baş tutacaq tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top-influencer’lər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Tәdbirdә iştrak yalnız xüsusi dәvәtnamә ilә mümkündür və qeyd etdiyim kimi, yerlər məhduddur. Son günlər xeyli sayda dostlarımız inbox-a yazaraq tədbirdə iştirak etmək istədyini bildirir. Əlbəttə, mesaj yazanların hər birinə məmnuniyyətlə dəvətnamə vermək istərdik, amma bu ilk tədbir məhdud çərçivədə keçiriləcək.

Bir müddət sonra ikinci belə tədbiri, bu dəfə daha geniş miqyasda təşkil etmək planda var. O tədbirdə istəyən bütün dostların iştirakına şərait yaradacağıq.

 

Tədbir haqda tədbirin Facebook ünvanından, Keepface komandasının profillərindən, sosial şəbəkələrdə #InfluencerDayBaku haştaqı ilə xəbər tuta bilərsiniz.

 

Tədbirin ölkəmizin marketinq sferasına müsbət təsir edəcəyini, yeni tanışlıqların, yeni əməkdaşlıqların yaranacağına ümid edirik.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev