Instagram’ın analitika modulu yerli bizneslərə hansı üstünlüklər verir?

Instagram bir neçə gün öncə yeni “Analitika modulu”nu test etməyə başlayıb. Seçilmiş istifadəçilərlə test edilməyə başlanılan modulu biznes sahibləri üçün böyük yenilik saymaq olar. Xüsusən Azərbaycanda Instagram üzərindən minlərlə biznes qurulduğunu, reklam modulundan istifadə edildiyini nəzərə alsaq, bu yeniliyin bizim üçün əhəmiyyəti böyükdür.

Analitika modulu Facebook’da mövcud olan modulla (Insight) eyni işi görür. İndi siz Instagram hesabınızın statistikası ilə daha yaxından tanış ola biləcəksiniz. İzləyicilərinizin neçə faizinin kişi, neçəsinin qadın olduğunu, hansı yaş aralığında olan insanların sizin profilinizi izlədiyini, izləyicilərinizin hansı regionlardan olduğunu, nə vaxt daha aktiv olduqlarını və s. kimi məlumatları izləyə biləcəksiniz. Bu da profildə aktivliyi və effektivliyi artırmaq, son nəticədə satışı artırmaq üçün yaxşı fürsət təqdim etmiş olacaq.

instagram sehife acmaq

instagram pulsuz reklam

Qeyd etdiyim statistik məlumatlarla yanaşı mobil tətbiqdə bir sıra yeniliklər də olacaq. “Follow” düyməsinin yanına “Contact” düyməsi əlavə olunacaq ki, istifadəçi profil sahibi ilə daha rahat şəkildə əlaqə qura bilsin. Həmçinin profilin ad hissəsinin altında kateqoriya adı əlavə olunub ki, istifadəçilər axtardığı profilləri daha rahat tapa bilsin.

instagram statistika

İndi siz paylaşımınızı təkcə neçə nəfərin bəyəndiyini (Like) yox, həm də neçə nəfərin gördüyünü (Impression) biləcəksiniz.

instagram biznes

Bu yenilik idarə etdiyiniz profillərin statistikasını izləməklə bərabər başqa bir məsələni də asanlaşdırmış olur. Ölkədə Instagram profillərinin satılması populyar “biznes”lərdən biridir. Profili alan adam həmin profilin aktivliyini gözə yarı ölçə bilir İzləyici sayı, hər paylaşıma gələn ortalama şərh, bəyənmə sayı və s. ilə təxmini aktivlik səviyyəsini ölçürdü. Amma indi profilə daxil olmaqla onun statistikasına rahatlıqla baxmaq olacaq, izləyicilərin neçə faizinin Azərbaycandan olduğunu, neçə faizinin saxta (fake) olduğunu görmək olacaq.


Instagramda biznesi olmayıb, sadəcə öz profilini idarə edən şəxslər üçün isə bu yenilik paylaşımlarına daha çox bəyənmə və şərh gəlməsinə, daha çox insana çatmasına yardım edəcək.

 

Maraqlı ola biləcək digər yazılar:

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev