Instagram hesabı olmadan Instagram’da reklam yaratmaq qaydası – ŞƏKİLLİ İZAH

grey - Instagram hesabı olmadan Instagram'da reklam yaratmaq qaydası - ŞƏKİLLİ İZAH

 

FacebookInstagram bir-birilə sıx inteqrasiya olunduğundan eyni reklam panelindən hər iki sosial şəbəkə üçün reklam kampaniyası yaratmaq mümkündür. Hər iki platformada reklam yaratdıqda biz potensial olaraq 3 milyona yaxın istifadəçiyə çatmaq şansı qazanırıq (Burada Facebook reklamlarını yayımlayan mobil tətbiqlər də əlavə edilib, yalnız Facebook və Instagram seçsək 2.5 milyon istifadəçiyə reklam göstərmək imkanı qazanırıq).

Maraqlısı isə odur ki, hətta sizin Instagram hesabınız olmasa belə, siz İnstagram’da reklam yerləşdirə bilərsiniz. Bunun üçün sizin Facebook səhifənizin olması kifayətdir. Facebook Reklam Panelinə daxil olub, Facebook’da reklam yaratdığınız qaydada reklam yaradırsınız. Sadəcə olaraq “Placement” hissəsində Facebook’u deaktiv edib, Instagram’ı aktiv saxlayırsınız (İstəyinizdən asılı olaraq, Facebook’u da aktiv saxlaya bilərsiniz. Bu halda reklam hər iki sosial şəbəkədə yayımlanacaq).

 

Reklam panelinə daxil olub, öncə nəyi reklam etmək istəyirsinizsə ona uyğun “objective” seçirsiniz. Adətən səhifə paylaşımları reklam olunur deyə “Engagement” düyməsinə klikləyirsiniz, aşağıda sizə 4 seçim veriləcək. Onlardan birincisini – “Post engagement” seçirsiniz:

grey - Instagram hesabı olmadan Instagram'da reklam yaratmaq qaydası - ŞƏKİLLİ İZAH

 

Seçim etdikdən sonra növbəti səhifəyə yönləndirilirsiniz, burda ilk öncə auditoriyanı seçirsiniz (məkan, yaş, cins, maraq dairəsi və s.):

grey - Instagram hesabı olmadan Instagram'da reklam yaratmaq qaydası - ŞƏKİLLİ İZAH

 

Növbəti addım olaraq “Placement” hissəsində Instagram’ı aktiv edirsiniz (adətən özü avtomatik olaraq seçilmiş olur):

grey - Instagram hesabı olmadan Instagram'da reklam yaratmaq qaydası - ŞƏKİLLİ İZAH

 

Davamında isə reklam büdcəsini və reklamının nə vaxt yayımlanacağını seçirsiniz:

grey - Instagram hesabı olmadan Instagram'da reklam yaratmaq qaydası - ŞƏKİLLİ İZAH

 

Son olaraq isə reklam etmək istədəyiniz məzmunu seçirsiniz və reklamı yaradırsınız. Adətən bir neçə dəqiqə sonra reklamınız təsdiqlənir və işə düşür.

Instagram hesabı olmadan Instagram’da reklam yaratdığınız zaman nəzərə alın ki, Instagramda sizin profilinizin şəkli olaraq Facebook səhifənizin profil şəkli görsənəcək. Profilinizin adı olaraq isə Facebook səhifənizin adı görsənəcək. Həmçinin profil şəkliniz və adınız aktiv link kimi olmayacaq, yəni üzərinə kliklədikdə heç yerə keçid etməyəcək.

Məsləhətdir ki, şirkətinizin Instagram hesabı da mövcud olsun. Çünki sizi Instagram’da görən (və reklamınız diqqətini çəkdiyi) insanlar davamında da Instagram hesabınızla əlaqə qurmağa cəhd edəcək. Həmçinin son vaxtlar Azərbaycanda Instagram istifadəçilərinin sürətlə artması səbəbilə bu şəbəkədə profil olaraq təmsil olunmaq da bir çox brendlər üçün getdikcə zərurətə çevrilir.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev