instagram hastaq yenilik xeberi - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı
Instagram

Instagram’da maraqlı yenilik – Haştaqları izləmək imkanı

Baxış

Instagram’da maraqlı yenilik – Haştaqları izləmək imkanı

Hər ay, hətta hər həftə bir yenilik etməklə bu yenilikləri izləməkdə bizə çətinlik yaşadan Instagram platforması bu gün daha bir yeniliyini təqdim edib. Bu, son günlərdəki yeniliklərlə müqayisədə daha önəmli və diqqətə alınmalı yenilikdir. Söhbət haştaqları izləmək (follow hashtags) funksiyasından gedir.

İndiyədək biz Instagram istifadəçilərini izləyə bilirdik. Bugündən etibarən həm də haştaqları izləyə bilərik. Bunun üçün axtarış hissəsində bizə maraqlı olan haştaqı yazıb axtarırıq. Və ya rastımıza çıxan paylaşımlarda qeyd olunan haştaqa klikləməklə həmin haştaqın səhifəsinə yönlənirik. Haştaqın səhifəsində “İzlə/Follow” düyməsinə klikləyirik. Beləliklə də Instagramda ana səhifədə (Feed) həmin haştaq üzrə maraqlı paylaşımlar görəcəyik.

instagram hastaq izlemek yenilik Baku - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı instagram hastaq izlemek yenilik aztagram - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı

 

Paylaşımlarımızın daha böyük auditoriyaya çatmaq imkanı

Bu yeniliklə Instagramda haştaq’ın önəmi daha da artdı. İndiyədək biz paylaşımlarda həmin mövzuya uyğun bir neçə haştaq əlavə edirdik ki, bu da digər istifadəçilərin eyni haştaqla axtarışı zamanı bizim paylaşımımızı görməsinə imkan yaradırdı. Bu yeniliklə isə indi həm də digər istifadəçilər haştaqa klikləmədən ana səhifədə bizim paylaşımlarımızı görə biləcəklər.

instagram hastaq izlemek yenilik - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı instaqram hastaq izlemek tapmaq yenilik - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı

 

Eyni maraq dairəsinə malik yeni insanlar kəşf etmək imkanı

Eyni qayda ilə biz də bundan sonra izləmədiyimiz insanların paylaşımlarını görə biləcəyik. Bu da eyni maraq dairəsinə malik yeni profillər kəşf etməyimizə imkan verəcək. Ana səhifəmizdə həm profillərdən, həm haştaqlardan paylaşım görəcəyik. İzlədiklərimizin siyahısına baxdıqda isə artıq “insanlar” (people) və “haştaqlar” (hashtags) olaraq iki hissə görəcəyik.

instaqram hastaq izlemek tapmaq - Instagram'da maraqlı yenilik - Haştaqları izləmək imkanı

 

Instagram’ın digər yenilikləri

“Hightlight Instagram Stories”

Instagram cəmi bir neçə gün öncə “Instagram Stories”dəki paylaşımları profilinizdə saxlamağa imkan verən “Highlight” funksiyasını istifadə verdi. Bununla siz “Stories” hissəsindəki paylaşımlarınızın 24 saat sonra itməsinin qarşısını alırsınız və o paylaşım sizin profilinizdə qalır.

“Instagram Stories Poll”

Ondan öncə isə Instagram başqa bir maraqlı yenilik etmişdi. Belə ki, “Stories” hissəsində paylaşım edərkən paylaşıma iki cavabdan ibarət sorğu əlavə etmək funksiyası əlavə etmişdi. Cavab hissəsinə söz, rəqəm və ya ikonlar əlavə etmək mümkündür.

 

Zükerberq Instagram platformasını alıb, Facebook’a birləşdirdikdən sonra tez-tez maraqlı yeniliklər etməkdə və Instagram’ı həm adi istifadəçilər üçün, həm də biznes sahibləri üçün daha faydalı platforma halına gətirməkdədir. Bizdən tələb olunan isə bu yenilikləri izləmək, test etmək və bugünkü gündə Azərbaycan auditoriyası üçün daha effektiv olan yenilikləri praktikada tətbiq etməkdir.

 

Instagram haqda digər yazıları buradan oxuyun: Orkhanrza.com/Instagram

 

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev