Keepface – 2016-cı ilin marketinq trendi?

Şirkәtlәrin tәqdim etdiklәri reklamların 68%’i izlәyicilәr tәrәfindәn müsbәt qarşılanmır vә ya әhәmiyyәt verilmir. Demәk ki, başqa marketinq kanallarına müraciәt etmәk gәrәkdir. Hansı kanallar effektiv ola bilәr? Dünyada yayılmış tendensiya kontent marketinq vә influencer marketinq platfotmaları olduğunu göstәrir. Haşiyәyә çıxaraq qeyd edim ki, “influencer” sözü dilimizә hәrfi tәrcümәdә “nüfuz edәn”, “tәsir edәn” (şәxs) kimi sәslәnir ki, bunu da marketinq termini olaraq istifadə etmәk alınmır. Ona görә bu termini hәlә ki, influencer olaraq istifadә etmәk mәcburiyyәtindәyik.

Influencer marketinq nәdir?
Sosial mediada, ümumәn internetdə elә şәxslәr var ki, onlar fikir bildirmәklә yüzminlәrlә, milyonlarla insana tәsir edә bilirlәr. Bu cür insanların bәzilәri real hәyatda da tanınmış simalardır, bәzilәri isә hәyatda populyar olmasalar da, virtual dünyada populyardırlar. Hәr iki kateqoriyadan olan insanların üstünlüyü odur ki, onlar cәmiyyәtdә rәy sahiblәridirlәr. Onların fikri insanaların qәrar qәbul etmәsinә tәsir edir.
Vә bu insanların hansısa mәhsulu, xidməti, mәkanı bәyәnmәsi, tәriflәmәsi onun izlәyicilәrinin seçiminә tәsir edә bilir. Bu baxımdan, son illәr dünyada “lnfluencer marketing” deyilәn yeni bir mәcra yaranıb. Brendi özü yox, tanınan, sevilәn, izlәnәn insanlar reklam edir. Bu, bizdә dә illәrdir ki, var. Yeni restoran açmısan, filan müğәnni qohumundu (və ya qohumunun bibisi qızının qrup yoldaşının dayısı oğludur), xahiş edirsәn ki, bir dәfә gәlib orda yemәk yesin, check-in eliyib Facebook-da paylaşsın. Yeni geyim mağazası açmısan, heç bir müğәnni, aparıcı tanışın da yoxdur, “çerez-çerez” adam tapıb ismarıc yollayırsan ki, gәlsin mağazamıza, bәyәndiyi geyimi ona hәdiyyә edәk, o da instagram’ında bizi tag elәsin paylaşsın, ya deyirsәn 200 manat verәk, gәlsin, çәkib paylaşsın.

Bəli, bunu artıq edirlər və doğru da edirlәr. Çünki sәn Facebook’da 200 manat qoyub, o geyimi reklam elәsәn bu, Reklamdır. Reklamı neçә faiz insanın qәbul etmәdiyini dedik. Amma 200 manat verdiyin hansısa sosial media fenomeni bu geyimi paylaşanda vә ya hansısa bloqer bu haqda yazı yazanda (vә ya yazısında bu haqda ötәri qeyd edәndә) әksәriyyәt bunu reklam kimi qәbul etmir vә bunun effekti daha çox olacaq mәntiqlә.
Keepface dә eynәn bunu edir. Sadәcә olaraq, bunu sistemli, rahat, avtomatlaşdırılmış şәkildә edir. Daha sәnә qohumunun bibisi qızının qrup yoldaşının dayısı oğlu ilә kimәsә ismarıc göndәrmәyinә ehtiyac qalmır. Sayta daxil olursan, istәdiyin nüfuzlu şәxslәri seçirsәn, mәhsulun haqda nә paylaşmalı, necә paylaşmalı olduqları haqda mәlumat yazırsan vә tәklif göndәrirsәn. Tәklif göndәrdiyin şәxslәrdәn hansılar bu tәklifi qәbul etsәlәr sәnin istәyinә uyğun paylaşım hazırlayıb sistemә daxil edirlәr. Vә sәn bәyәndiyin paylaşımları tәsdiqlәyirsәn, onlar da paylaşır.

Dünyada son 2-3 ildә “lnfluencer marketinq” sürәtlә yayılmaqdadır. Ən məşhurlarından biri Niche‘dir. Ötən ilin fevralında Twitter bu platformanı  30 milyon dollara aldı. Vaqif də bunu görüb dedi ki, bəs o əjdahadan niyə bizdə yoxdur? Və başladıq bu istiqamətdə işləməyə. Budur, artıq bizdə də o əjdahadan var! Saytda daxil olub, həm influencer kimi qeydiyyatdan keçmək (əgər profiliniz minimal tələblərə – izləyici sayı və s. uyğundursa), həm də brend olaraq Keepface’ə müraciət etmək mümkündür.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev