Kitabsevərlərin Günü – KVAN’ın təqdimat mərasimi

Bəzən olur ha, insan hansısa bədbəxt hadisə və ya dünyasını dəyişmiş bir şəxs haqda danışmaq istəyəndə sanki sözlər düyünlənir boğazında… danışa bilmir. Bu, təkcə danışığa aid deyil. Yazanda da eyni cür olur. Yazmaq istəyirsən, amma yaza bilmirsən…

Fikir vermisinizsə, demək olar hər mövzuda baş verənlərə sürətli reaksiya verən, ya bloqunda ya da sosial şəbəkə profillərində münasibət bildirən Orxan cəbhədə nəsə baş verəndə, şəhid verəndə və ya ADNA, Günəşli yatağı, bina yanğını kimi faciələr baş verəndə adətən susur, sükut edir. Bax o cür hadisələr zamanı yuxarıda qeyd etdiyim həmin vəziyyətə düşürəm. Baş verən hadisəyə baxıram, onun təsirinə düşürəm, Facebook’da, Twitter’də hisslərimi yazmaq, profil şəklimi dəyişmək, motivasiya/təsəlli cümlələri yazmaq istəyirəm, amma edə bilmirəm, düyünlənir sözlər klaviaturada, yaza bilmirəm…

Cəbhədə baş verən son hadisələr məni yenə eyni sükuta qərq etmişdi. Sosial mediada paylaşılan məlumatları izləyir, baş verənləri anlamağa çalışırdım və sükut edirdim. Bu sükutdan məni KVAN çıxartdı. Aprelin 3’ü Coşqun Kərimov‘un aylardır gözlədiyi hadisə – KVAN kitabının təqdimat mərasimi baş tutdu. Şəhidlərimizin yad edilməsilə sözə başlayan Coşqunun yazdığı bu kitab, düşünürəm ki, elə bizim Qarabağ uğrundakı hazırkı mübarizəmizə dəstəkdir. Niyə? Çünki KVAN kitabı yüzminlərlə Azərbaycan gəncinə hansısa mövzularda yol göstərəcək, hansısa problemlərinin həllini tapmasına yardımçı olacaq, süstlükdən qurtulmaq, inkişafı, xəyallarına doğru addımlaması üçün dəstək olacaq. Yüzminlərlə həvəssiz, motivasiyasız insana həvəs, motivasiya qazandıra biləcək kitabdır bu kitab. Və inkişaf etmək, haqqını tələb etmək, məruz qaldığı haqsızlığı bəyan edib, haqqını geri almaq məhz konkret hədəflə, yüksək əhvalla, pozitiv yaşamla mümkün olacaq. Məhz belə düşündüyümdən bloqumda KVAN kitabına bu qədər yer verirəm, gəncliyimizə, gələcəyimizə faydalı olacağını ehtimal etdiyimdən KVAN’a, Coşquna bacardığım qədər dəstək olmağa çalışıram.

KVAN – Hamının arzuladığı hiss

Aprelin 3’ü isə yəqin ki, Coşqunun yadından heç zaman çıxmayacaq. İlk kitabı və onun təqdimatında yaşanan anşlaq, saatlarla davam edən kitab imzalama mərasimi, məncə, hər bir yazarın arzuladığı mənzərədir. HTP’in ofisində keçirilən tədbirə o qədər qonaq gəldi ki, qonşu ofislərdən, qonşu otaqlardan nə qədər stul gətirilsə də, xeyli adam tədbiri ayaqüstə izlədi.

Super görüntü! #kvan #kvanoxu #book @kvan.oxu

A video posted by Orxan Rzayev (@orkhanrza) on

Bu cür tədbirləri, bu cür kitabları görəndə insanda sevinc hissi yaranır ki, bəli, gənclərin belə aktivliyi, inkişafa marağı olduqca, bu cür kitablar yazıldıqca və yayıldıqca işğal altında olan torpaqlarımızın təkcə 2%’ni yox, 100%’ni də geri qaytara biləcəyik!

kvan kitab cosqun kerimov

IMG_5150 IMG_5202 kvan-coqsun-teqdimat-orxan

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev