Köhnə toya yeni adət

Startap sektoru elə bir sektordur ki, burada daima nəisə yeni bir şeylər peyda olur, yeni texnologiyalar, problemlərin yeni həll yolları təqdim edilir. Startapçısansa bu yeniliyi sən edirsən/etməlisən. 2016-cı ildəyik, uçan maşınlar, danışan robotlar, insan beynini oxuyan aparatlar artıq xəyal deyil, mövcuddur və ümumi istifadə üçün hazırlanmaqdadır.

Köhnə toya yeni adət

Biz də startap sektorunda fəaliyyət göstərdiyimizdən illərdir ki, ağlımıza batan ideyaları, layihələri həyata keçirməyə çalışırıq. Bir neçə ay öncə boxx adlı texnologiyanı təqdim etmişdik. Dijital Marketinq Forumunda, Milli İnsan Resursları Forumunda, habelə Bank of Baku’nun yeni Bolkart’ını tədqim etdiyi mərasimdə, həmçinin Bayraq Günü və s. bu kimi tədbir və sərgilərdə boxx texnologiyasını tətbiq etmişdik. Martın 19’u isə boxx ilk dəfə olaraq TOY’da işə düşdü. Almaniyada yaşayan həmyerlilərimiz Əli və Mətanətin Bakıda keçirilən toy mərasimi bu baxımdan tarixə düşdü. Toy boyu qonaqların Twitter’də və Instagram’da #AliMatanat haştaqı ilə paylaşdıqları şəkillər toya özəl hazırlanmış dizaynda çapdan çıxaraq onlara hədiyyə edilirdi. Belə bir texnologiyanın toyda daha çox cavanların (Twitter və Instagram istifadə edənlərin) marağına səbəb olacağını gözləsək də qətiyyən belə olmadı. Orta yaşlı insanlar ən az cavanlar qədər maraq göstərirdi. Twitter və Instagram’ları olmasa da boxx’un profili ilə o ki var, şəkil çəkdirdilər: “Ay oğul, məni belə çək”, “Bala, Nüsrət müəllimlə də çək”, “Gözlə, o biri bacıqızı da gəlsin, onunla çək”, “İndi də belə çək”… Qısacası boxx toya əlavə bir rəng qatmışdı. Qonaqların xoşuna gələn əsas məsələ isə şəklin maraqlı dizaynı və əlbəttə ki, şəkillərin pulsuz olması idi :)

boxx-toy-maraqli-fotosessiya-instagram-qeyri-adi

boxx’dan kimin xoşu gəlsə fotoqrafların xoşu gəlməyəcəyini düşünürdük. Amma toyun sonunda bəlli oldu ki, boxx onların “bazarına” elə bir təsir göstərməyib. Ənənəvi şəkil çəkdirmək istəyənlər həmişəki kimi bunu ediblər. boxx isə toy mərasimi ilə yeni texnologiyaların sintezi oldu, qonaqlar sosial şəbəkələrdə çəkdikləri şəkilləri əldə edib, xatirə olaraq özləri ilə apardılar. Necə deyərlər, köhnə toya yeni adət gətirdik! :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev

3 thoughts on “Köhnə toya yeni adət

Comments are closed.