“KVAN” kitabı vasitəsilə “tarixə düşmək” istəyənlər üçün fürsət!


Coşqun Kәrimovun KVAN adlı kitabından bir neçә gün öncә bәhs etmişdim. Azәrbaycanlı gәncin yazdığı bu şәxsi inkişaf kitabı, düşünürәm ki, minlәrlә gәncimizә uğur qazanmaq, uğurlu şәxsiyyәt olmaq üçün qapı açacaq. İndiyədək xarici mütəxəssislərin kitabını oxuyub, xəyal qurmaqla kifayətlənən gənclərimiz indi anlayacaq ki, inanılmaz uğurlar qazanmaq, əzmkarlıq və və onun bəhrəsini görmək təkcə amerikalı, yaponiyalı, isveçrəli üçün deyil, azərbaycanlı üçün də keçərlidir. Kitabı oxuduqda әminәm ki, әksәriyyәtiniz mәnimlә razılaşacaqsınız.

Bәs KVAN’ı oxumaq vә oxutdurmaq üçün, ölkәyә parlaq şәxsiyyәtlәr qazandırmaq üçün nә edә bilәrik?

1. Mart ayının ortaları satışa çıxarılacaq kitabı artıq bugündәn sifariş etmәk mümkündür. Bununla nә qazanacaqsınız? Bununla kitaba olan marağın hәcmini hiss etmәyә kömәk edәcәksiniz, üstәgәl siz KİTABIN SPONSORLARINDAN BİRİ olacaqsınız! Belә ki, kitabı çapdan öncә alan hәr kәsin adı kitabın arxasında qeyd olunacaq. Bununla da siz Azərbaycanda fərqli bir kitab çapına dəstək olmuş olacaqsınız və “tarixə düşəcəksiniz”! Üstәgәl müәllif bu kitabları imzalayıb tәqdim edәcәk.
Hәmçinin, öncәdәn sifariş etmәklә 7 azn’ә satışa çıxarılacaq kitabı siz 5 azn’ә әldә edәcәksiniz (minimal sifariş – 10 azn, yәni 2 kitab). Kitaba tәkcә fәrd olaraq yox, şirkәt olaraq da dәstәk olmaq mümkündür.


Kitabı öncədən sifariş etmək istəyənlər ödəməni MilliÖN-dən şəkildə göstərildiyi kimi edə bilərlər.
Ödəməni etdikdən sonra qəbzin şəklini çəkib ad və soyadınızla KVAN’ın Facebook səhifəsinin mesaj olaraq yaza bilərsiniz.

kvan kitab sifaris etmek online


2. Kitaba dәstәk olmaq üçün digәr bir imkan: A4 vәrәqindә yazılmış #kvanoxu haştaqı ilә şәklinizi çәkdirib sosial şәbәkә profilinizdә elә bu haştaqla paylaşmaqdır. Necә ki, hazırda BӘӘ’dә yaşayan türk iş adamı vә investor, Coşqunun mentoru olmuş Alper Celen KVAN haqda eşidәn kimi bunu edib :)


3. Kitabın ilk 65 sәhifәsindә bәyәndiyiniz fikirlәri #kvanoxu haştaqı ilә sosial şәbәkәlәrdә paylaşa bilәrsiniz (kitabın rәsmi haştaqı – #kvanoxu’dur. İstәnilәn sosial şәbәkәdә KVAN haqda paylaşım edәrkәn bu haştaqdan istifadә etmәyiniz xoş olar). Fikirlәri tәkcә mәtn şәklindә deyil, poster şәklindә hazırlayaraq da paylaşa bilәrsiniz. Siftəsi məndən! :)

kvan-josh-kerimov-orkhanrza-motivasiya


Kitaba dəstək olmaq istəyirsinizsə aşağıdakı xanaları doldurun. Qısa zamanda sizinlə əlaqə saxlayıb, ətraflı məlumat verəcəklər.

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev