#KVAN – Ölmədən öncə oxunmalı kitab!

 Bir neçə gün öncə dəyərli dostlardan Coşqun Kərimovun “KVAN” adlı kitabını paylaşacağı xəbərini oxuyanda çox sevindim. Çünki o insanın “qabında” nə olduğunu bildiyim üçün yazacağı kitabın nə dərəcədə əhəmiyyətli olacağını təxmin edirdim. Söz verildiyi kimi, dekabrın 25-i kitabın 65 səhifədən ibarət ilk hissəsinin online (PDF) versiyası yayımlandı.

Sizi inandırım, kitabı oxuyarkən Toni Robbinsin (dünyanın ən məşhur şəxsi inkişaf mütəxəssislərindən biri) kitabını oxuyurammış kimi hiss yarandı. Təxminimin yanlış olmadığını gördüm. İstər oxucu ilə ünsiyyət üslubu, istərsə də danışılan hekayələr və çatdırılan fikirlər zövqlə işlənib, hazırlanıb. Kitabı oxuyanda çox sevindim, çünki mən amerikalı Toni Robbinsin yox, azəbaycanlı Coşqun Kərimovun kitabını oxuyuram, eyni ləzzəti öz müəllifimizin qələmindən alıram. “Ora Amerikadı, orda elə şeylər mümkündü, bizdə alınmaz” kimi fikirlərimizin üstündən xətt çəkən kitabdır KVAN. “Ölmədən öncə oxunmalı 10 kitab, 50 kitab, 100 kitab” kimi siyahılar çıxır mütəmadi. Mən Azərbaycan oxucusu üçün “Ölmədən öncə oxunmalı kitablardan biri” deyərdim buna!

Kitabın ilk hissəsini “bir oturuma” oxudum, səbirsiziklə ardını gözləyirəm.

Bu cür tərifdən sonra əminəm ki, hər birinizdə bu kitabı oxumaq həvəsi yarandı. Çünki bu bloqu oxuyursunuzsa demək ki, oxumaq, faydalı şeylər öyrənmək iddiasında olan insanlardansınız :) Elə buna görə də KVAN kitabının ilk hissəsinin online versiyasını sizinlə bölüşürəm. Kitabı oxuduqdan sonra fikirlərinizi sosial şəbəkələrdə (əsasən də Twitter’də) #kvanoxu haştaqı ilə paylaşmağınız gözəl olar. Mən artıq bu haştaqla 5-6 tvit yazmışam.

KVAN (65 səhifəlik ilk hissə) – BURADAN YÜKLƏ!


 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev