linkedin pulsuz reklam
Sosial Şəbəkələr

LinkedIn 50 dollarlıq pulsuz reklam kuponu verir

LinkedIn sosial şəbəkəsi dünyanın seçilən biznes platforması imicini qorumaqdadır. İstifadəçilərin artım tempi şirkəti daha aktiv olmağa sövq edir.

Şirkətin gəlirləri də artmaqda davam edir. 2010-cu ildə gəlir 243 milyon dollar idisə, 2015-ci ildə bu göstərici 12 dəfə artaraq 3 milyard dollara çatıb (Mənbə: Statista). LinkedIn rəhbərliyinin gəlirlərini daha da artırmaq üçün atdığı addımlardan biri istifadəçilərin hər zaman ürəyincədir. Belə ki, LinkedIn-də indiyədək reklam verməmiş istifadəçilər 50 dollar dəyərində kupondan istifadə edib, LinkedIn-in reklam platforması ilə tanış ola bilərlər.

Facebook-da uzun illərdir reklam kampaniyaları yaradanların yadına gələr,  illər öncə Facebook da eyni addımı atmışdı. 50 dollarlıq, 100 dollarlıq reklam kuponları çıxarmışdı. Bununla da istifadəçilərdə reklam yaratmaq vərdişi formalaşdırmışdı.

LinkedIn-in eyni addımı atmaqda məqsədi də eynidir – daha çox istifadəçini reklam platforması ilə tanış etmək. Şirkət uzun illərdir digər platformalar kimi bunu edir. Hazırda da reklam verməmiş istifadəçilər üçün bu kupon aktivdir.

50 dollarlıq kuponu əldə etmək üçün:

DAXİL OLUN

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev