Novruz bayramı ərəfəsində sizə İnnab’dan danışım…

18-20 il öncə, məktəbdə Novruz bayramı ərəfəsində bayrama aid şeir əzbərləyəndə və ya inşa yazanda mütləq bu cümlədən istifadə edirdik: “Xonçamızda səməni, paxlava, şəkərbura, qoğal, rəngbərəng boyanmış yumurtalar, qoz, fındıq, iydə, innab olur”. “…İnnab’dan yeyib, Novruz şənliklərini izləyir, qohumları, dostları təbrik edirik…” Kim yeyir innabı? Mən yemirdim məsələn. Heç maraqlı gəlməzdi mənə. Amma inşada o cümlələr, o ifadələr mütləq olmalı idi :)

Bu yazıda sizə Novruzda yediyimiz innab’dan yox, bir neçə ay öncə Azərbaycan internet məkanında peyda olan və qısa zamanda səsi bütün ölkəyə yayılan INNAB’dan danışmaq istəyirəm. 2016-cı ildən başlayaraq, yerli startaplarımız haqda mütəmadi olaraq yazmağa qərar vermişəm. İlk iki yazımla buradan tanış ola bilərsiniz:

Üçüncü yazımı INNAB (Individual Navigation Board) layihəsinə həsr edirəm. INNAB Azәrsun Holdinq’də HR mütәxәssisi kimi çalışan Nahid adlı gәncin öz dostları ilә başlatdığı, insanları maariflәndirmәk mәqsәdli, “onlayn tәhsil verәn” bir platformadır. Bu kimi layihәlәr çoxdur (vә ya çox olub), bәs niyә sırf bu layihә haqda yazıram. Çünki bu layihә çox uğurlu oldu, Nahid vә dostlarının gözlәdiyindәn onlarla, yüzlәrlә dәfә daha populyar oldu.
Bu uğurun sәbәbi nәdir deyә soruşsanız deyәrәm ki, gördüyü işi sevәrәk etmәk, gördüyü işin mütәsәssisi olmaq vә gördüyü işi sistemli davam etdirmәk. Mәhz bu amillәr INNAB layihәsini qısa zamanda öyrәnmәk istәyәn azәrbaycanlıların sevimli portalına çevirdi.
Nahidin ilk 2 aylıq fәaliyyәtlәri haqda yazıldığı fikirlәr, mәncә işin mahiyyәtini vә uğurun sәbәblәrini izah edә bilir.
“55 dәrsә Excel öyrәn” kursu ilә başladılan layihәdә bu gün maliyyə, statistika, məntiq və s. kimi kurslar da keçirilir.
İlk elan olunan Excel tәlimi bir neçә gün öncә yekunlaşıb. Nәticәlәr çox maraqlıdır!

Innab.org saytında:

  • “55 dərsə Excel öyrən” layihəsinə toplam baxış sayı: 310 000
  • Online testlərdən keçənlərin sayı: 13 500
  • Testlərə əlavə edilən sual sayı: 220
  • Videolara baxan baxılan ölkələrin sayı: 51
  • Youtube səhifəsində yüklənilən toplam video sayı: 193
  • Tədrisi əsasında yazılan kitab: 1
  • Tədris əsasında komandaya qoşulan tələbə: 3

13 min insan Excel dәrslәrini öyrәnib vә biliyini yoxlamaq üçün imtahan verib. Yәni bir layihә ilә ölkәdә Excel bilәn 13 min artıb. Bu, fantastik göstәricidir!
Bu cür uğurlu layihәnin hobbi olaraq qalması mәnasız olardı tәbii ki. Ona görә dә INNAB artıq ödәnişsiz kurslarla yanaşı, ödәnişli kurslara, imtahanlara da start verib. Vә ödәnişli xidmәtlәrә insanların marağı necәdi, bilirsiz? Nahidin martın 11’dә yazdığı Facebook statusu:

Dünən Excel kursları üçün elan verdik, bu gün artıq 2 qrup yığılıb. Praktiki Risk Menecment kursu üçün isə növbəti qrupun tamamlanmasına 2 nəfər qalıb.

Anlamaq olar ki, burada artıq hobbi olaraq fәaliyyәtdәn yox, uğurlu bir biznesdən söhbәt gedir. Bu, tәhsil sahәsindә biznes qurulması ilә bağlı yaxşı bir keysdir. Demək ki, istəyəndə ən yaralı, ən zəif yerimiz olan təhsillə bağlı da çox maraqlı və faydalı işlər ortaya çıxarmaq olur və hətta bunu biznesə də çevirmək olur. İnanıram ki, Nahid və komandasının bu fəaliyyəti daha da uğurlu olacaq!

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev