Orkhanrza.com’da 300 yazı!

3 il öncə başladığım Orkhanrza.com bloqunda bu, 300-cü yazıdır! 3 ildir davam edən stabil fəaliyyətin nəticəsi ortaya gözəl bir nəticə çıxarıb – 300 yazı. Bu, orta hesabla 3 gündə bir yazı deməkdir.

Orkhanrza.com-da daha çox sosial media ilə bağlı yazılar dərc edirik. Çünki bloqun istiqaməti sırf bu mövzudadır. Amma bununla yanaşı, siz startap, texnologiya, səyahət, kitab, idman kimi mövzularda da bloq yazıları görə bilirsiniz. Bloq fəaliyyətimdə əsas məqsədim qarşıma çıxan, təcrübədən keçirtdiyim məlumatları, faktları, hadisələri dəyərli oxucularla bölüşməkdir.

Və sizlərin bloq yazılarına olan marağı bu aktivliyimi daima artırmağıma motivasiya olur.

 

Aşağıda sizə 300 bloq yazısı ilə bağlı 2 maraqlı faktı (ən çox oxunan və ən çox axtarılan yazılar) bölüşmək istəyirəm. 3 ildə insanlar daha çox bu mövzularda axtarış edərkən bloquma gəlib çıxıblar və daha çox bu yazıları oxuyublar.

 

Axtarışla Orkhanrza.com-a gətirən TOP 10 mövzu:

  • “Əhməd kimi ol”
  • “Uber sifarişi/qiyməti/əlaqə nömrəsi”
  • “Kvan” və “Coşqun Kərimov”
  • “Gülməli, maraqlı şəkillər/videolar/lətifələr”
  • “Taksi xidməti/qiyməti”
  • “Pokemon Go”
  • “Instagramda profil/səhifə açmaq”
  • “Bakcell/Azercell internet paketləri/tarifləri”
  • “Ayın ən maraqlı tvitəri”
  • “Şəxsi inkişaf”

 

Orkhanrza.com-da oxunan TOP 10 yazı:

 

3 ildə 300 yazı orta hesabla hər 3 gündə 1 yazı deməkdir. Belə bir dinamikanı qoruyub saxlamaq, əlbəttə ki, siz oxucuların sayəsindədir. Fəaliyyətimizə dəyər verdiyiniz üçün sizə təşəkkür edirəm. Bundan sonra da eyni aktivliyi saxlamağa çalışacam. Üstəgəl bir neçə aydır ki, video-bloqlara da start vermişəm. Artıq bloq yazısı ilə yanaşı videolarla da fikirlərimi, təssüratlarımı bölüşürəm. Ümid edirəm oxuculara faydalı olar.

P.s. Təxminən 3 həftə sonra bloqun “3 yaşı” tamam olacaq :)

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev