Qrafik Dizaynerlər Gününüz Mübarək!

27 aprel dünyada “Qrafik Dizaynerlər Günü” kimi qeyd olunur. Qrafik dizayn deyəndə ağlıma Facebook’dakı Graphic Design Azerbaijan qrupu gəlir. Bu qrup hazırda ən bəyəndiyim Facebook qruplarından biri, bəlkə də birincisidir. Noyabr ayında bunu biruzə vermişdim əslində:

qrafik-dizayn

Qrupda paylaşılan hər işə çalışıram ki, rəy yazım, ən azı like qoyum. Əksər işləri həqiqətən bəyənirəm, bəziləri isə o qədər də yaradıcı olmasa da, dəstək üçün “like” qoyuram. Bu gün isə qrupda paylaşılan posterlərdən xəbər tutdum ki, qrup üzvləri üçün önəmli gündür. Ona görə qrafik dizayn sahəsində çalışan dostları təbrik üçün bu yazını yazmaq qərarına gəldim.

Dostlar, bu sahədə çalışırsınızsa sevinməlisiniz, çünki qrafik dizayn bugünün və sabahın trendidir! Mən rəqəmsal marketinq sahəsində fəaliyyət göstərirəm. Və hər keçən gün buna bir daha əmin oluram ki, artıq marketinq dünyasında həlledici faktorlardan biri, bəlkə də birincisi kreativ ideyadır. 5 il öncə Facebook səhifəsi olan şirkət səviyyəli şirkət sayılırdı, bu gün elə deyil. bu gün məhlə bərbəri də özünə Facebook səhifəsi açır. Sosial mediada mövcud olmaq bugün uğur deyil, sosial mediada necə mövcud olmaq, necə təmsil olunmaqdır məsələ. Və burada əsas faktorlardan biri məhz posterlərdir. Bir posterlə milyonların qəlbinə yol tapmaq, milyonları ayağa qaldırmaq mümkündür. Bəzən 5 min manat reklama xərcləməklə əldə edilən nəticə (like, share, comment) kreativ bir posterlə əldə edilə bilir. Viral marketinq bu gün marketoloqların düşündüyü əsas istiqamətlərdəndir və viral’ı yaradan ya video-çarxdır, ya da poster.

Bir neçə gün öncə dostların paylaşdığı bir poster mənə çox ləzzət elədi. Poster çox kreativ idi, eyni zamanda bizim “dərdimizi” önə çıxarmışdı:

qrafik dizayn

Bəli, budur! Yüzlərlə sözdən, danışıqdan daha təsirli, daha aydın və daha maraqlı mesaj! Dostlar, artıq dövr kreativ, yaradıcı, zövqlü insanların dövrüdür. “Qələminizdən” möhkəm yapışın, yaratmağa davam edin, əmin olun, keyfiyyətli işləriniz mütləq qiymətini alacaq!


Gün ərzində “Qrafik Dizaynerlər Günü” ilə bağlı paylaşılan posterlərdən bəzilərini yazıya əlavə etdim! Bayramınız Mübarək!

Фарид Рзазаде

13087507_914571648640126_3934874878851615295_n

Emil İbrahimov

13076739_620145878142100_5253177257158016016_n

Intiqam Mehemmedli

13055679_10208049199881219_990901172216222488_o

Mexti Mamedov

13061949_1022459731171248_7724638038269090265_n

Sahil Sadigov

13083238_609257932584126_1271713092617491566_n

Ziya Suleymanzade

13087343_1179181945445977_718892711291548636_n

Nurcahan Malik

13083250_1702157256668250_526428031284313206_n

Vugar Ashrafov

giphy (12)

Nigar Mammadli

13091880_1758846184333931_7413930918789607420_n

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev