Rəqəmsal marketinqlə bağlı Türkiyə təcrübəsi niyə önəmlidir?

Martın 9’u Mediamark’a “Sosial media meneceri” və “Qrafik dizayner” vəzifəsində çalışacaq yeni dostlar cəlb etməyimiz haqda aşağıdakı məlumatı paylaşmışdım:

sosial-media-marketinq-tecrube-proqrami

24 saat ərzində gələn müraciətlərin sayı 100’ü keçdi (böyük əks’riyyəti “sosial media meneceri” ilə bağlı). Buna səbəb bəlkə CV və iş təcrübəsinin tələb olunmaması, bəlkə elanın maraqlı formada olması idisə də, ən böyük səbəb, düşünürəm ki, bu sahəyə marağın kifayət qədər böyük olması idi. Müraciət edənlərdən 12-13 nəfərini görüşə dəvət etdik, 6’sını seçdik, təcrübəyə qoşuldular. Artıq 4’ü Mediamark’da işə başlayıblar.

Sosial mediaya, ümumilikdə rəqəmsal marketinqə marağın böyük olması normaldır. Çünki bu iş məsuliyyətli, ciddi olduğu ilə yanaşı həm də əyləncəlidir. Təsəvvür edin, sosial şəbəkələrdə, loru dildə desək, şəkil, video paylaşırsan, suallara cavab verirsən və ayın axırı vaxtını “Facebook’da, Twitter’də keçirdiyinə görə” maaş alırsan. İşin professionallığı, ciddiyyəti öz yerində, amma bir tərəfdən, doğurdan da əyləncəli və “müasir iş”dir.

Təcrübə üçün müraciət edən gənc dostlarımızın bu qədər çox olması mənim boynuma, belə desək, bir yük qoydu. Düşünməyə başladım ki, həmin gənclərə necəsə dəstək olmaq lazımdır. Bir neçə gündür ki, onların inkişafı üçün bəzi tədbirlər planlaşdırmaqdayam. Elə bu dəmdə Murad Həsənzadə əlində A3 posterlə gəldi ki, bəs Türkiyədən iki rəqəmsal marketinq eksperti gəlir. Ekspertlərə baxdım, mövzulara baxdım, gördüm super!

Aprelin 16’sı Holiday Inn Otel’də keçiriləcək tədbirdə Eren SoydaşHarun Ünlüsoy Online & Offline Media, Performans Bazarı, Google AdWords, Email Marketinq, Affiliate Marketinq, Facebook, Twitter və Instagram Reklamları, Rəqəmsal Bazar Trendleri, Türkiyə’dən ve Dünyadan Yeni Rəqəmsal İş Modelləri bardə danışacaqlar. Başqa sözlə desək, hər bir sosial media menecerinin, ümumən rəqəmsal marketinq sahəsilə maraqlanan hər kəsin bilməli olduğu mövzular. 

Türkiyədə tədbirlərdə olanda onların ekspertləri deyirdilər ki, biz Avropadan 5-6 il geridəyik. Bizim ölkədəki vəziyyətə baxdıqda isə deyə bilərik ki, biz Türkiyədən 5-6 il geridəyik. Ona görə bir çox hallarda Avropa və ABŞ təcrübəsindən istifadə edə bilmirik, çünki bazar fərqi kifayət qədər çox olduğundan həmin təcrübənin burda tətbiqi əksər hallarda uğurlu olmur. Amma Türkiyə təcrübəsini öyrənmək və tətbiq etmək daha rahatdır. O baxımdan düşünürəm ki, sosial media sahəsində çalışan, bu sahəyə maraq göstərən dostlar, həmçinin təcrübə üçün müraciət etmiş dostlar aprelin 16-dakı bu tədbirdə mütləq iştirak etməlidir. Biz Mediamark’dan 6 nəfər tədbirdə iştirak edəcəyik.

Bu yazını oxuyan dostlar üçün BONUS var :) Belə ki, aşağıdakı müraciət formasını doldurub göndərənlər “Tələbə paketi” (18 AZN) və “Normal paket” (25 AZN) üçün 15 AZN, “Biznes paketi” (50 AZN) üçün isə 45 AZN ödəyəcək. Qiymətlərin belə sərfəli olması xüsusən gənc dostlar üçün önəmli şansdır.

Tədbirdə görüşənədək :)

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev