orkhan rzayev golden gate bridge san francisco - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)
FacebookSəyahətStartapTwitter

Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

Baxış

Amerika ilә ilk tanışlığım Kolorado ştatının Denver şәhәrindәn başladı.

 


ABŞ səfəri haqda digər yazılar:

  amerikaya getmek haqqinda 1 250x250 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2) amerikaya getmek haqqinda 3 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2) orxan rzayev amerika nyu york sefer bloqer 250x250 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

 

Әslindә tәyyarә bileti alarkәn mümkün tranzit şәhәrlәr arasından Denveri tәsadüfәn seçmәmişdim. Yaxın dostumuz, Azәrbaycanda SMM sahәsindә öz imzasını atmış, imzasını atan kimi dә Denverә köçәn Fәrhad Әlәkbәrovla görüşmәyi planlaşdırırdım. Fәrhad mәni Denver aeroportunda qarşıladı, aeroportdan şәhәrin mәrkәzinә yarım saata çatdıq.

wp image 1508706102jpg 1024x771 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

Denverә gecә çatmışdım deyә demәk olar hәr yer bağlı idi, ona görә Fәrhad şәhәrlә ümumi tanış etdi, açıq olan bir kafe tapdıq, kofe içә bildik, bu müddәtdә dә Fәrhad ABŞ tәcrübәsini bölüşdü.

wp image 1163661744jpg - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

4 ay öncә ABŞ-a gәlmәsinә baxmayaraq, artıq kifayәt qәdәr tәcrübәli olduğu hiss olunurdu. Fәrhadın gecә vaxtı mәnә vaxt ayırması olduqca xoş oldu tәbii ki.
Denverlә ümumi tanışlıqdan sonra aeroporta qayıtdıq. Növbәti uçuş Kaliforniya ştatına oldu. Növbәti iki günü San Fransiskoda oldum. Bir startapçı olaraq ABŞ-a gәlib, Silikon Vadisini görmәmәk düzgün olmazdı :)

Bu dәfә tәlәsik oldu deyә mәşhur şirkәtlәrin ofisinә daxil olmağa imkan tapmadım (öncәdәn müraciәt etmәlisәn, görüş tәyin olunmalıdır, tәsdiqlәnmәlidir vә s), amma hәm Facebook’un, hәm dә Twitter, Google, LinkedIn, Dropbox vә s. şirkәtlәrin ofisini gördüm, növbәti dәfә görüş üçün gedәsi olsam ünvan tapmaqda çәtinlik çәkmәyәcәm :)

p61205 132349 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

p61204 110706 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

Hәm Facebook’un, hәm dә Google’un әrazisi olduqca böyük idi. Google’un binaları arasında marşrut işlәyirdi. Dayanacaqlarda olan Google velosipedlәrindәn isә istәyәn işçi istifadә edә bilirdi.

wp image 608029075jpg 1024x759 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

wp image 2029573426jpg 1024x759 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

San Fransisko normal halda bu günlәrdә soyuq olmalı olsa da, mәn olduğum hәr iki gün qәşәng gün çıxmışdı deyә sәfәrim daha maraqlı keçdi.

wp image 571001101jpg 1024x759 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

wp image 1421759526jpg 1024x759 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

Hәmişә olduğu kimi, bu dәfә dә otel seçәrkәn gәzәcәyim yerlәrә vә nәqliyyat xәtlәrinә yaxın, hәm dә qәnaәtcil olanını seçmişdim. Travelodge adlı otel günü 60 dollara idi vә San Fransisko üçün bu, çox aşağı qiymәt idi. Öz-özümә deyirdim ki, gәrәk biraz bahalısını bron edәrdim, şәraiti yaxşı olmaz birdәn. Otel otağına daxil olanda isә mәәttәl qaldım. Geniş otaq, kondisioner, geniş vә müasir tәmir edilmiş ayaqyolu, böyük ekran LCD TV, ütü, fen, bir sözlә super bir otaq idi. Aeroporta da yaxın olduğu üçün çox sәrfәlidir, deyә bilәrәm. San Fransiskoya gedәndә bu oteli rahatlıqla seçә bilәrsiz.
Restoran olaraq әn xoşuma gәlәni isә “Taste In Mediterranean Food” oldu. Tәamı dadlı vә digәr yerlәrlә müqayisәdә sәrfәli qiymәtә idi.

Nәqliyyat olaraq “Samtrans” şәbәkәsinin avrobuslarından, “Caltrain” qatardan vә Uber’dәn istifadә etdim. San Fransiskonun nәqliyyatı ümumiyyәtlә çox rahatdır.

wp image 177752153jpg 1024x759 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

(Bir hәyәtdә 4 maşın, 4ü dә fәrqli marka :) )

Denver vә San Fransisko ilә Amerika tanışlığım başladı. Davamında isә “Digital Summit”dә iştirak etmәk üçün digәr bir nöqtәyә – Texas ştatının Dallas şәhәrinә uçdum, növbәti 2 günü orda keçirdim.

Növbәti yazıda Dallas sәfәrim vә “Digital Summit” haqda, sonra isә NyuYork sәfәrim haqda yazacam.

Az da olsa sizә Amerika haqda maraqlı mәlumatlar verә bilirәmsә bu, mәnә xoşdur. Bunu göstәrmәyinizin isә rahat bir yolu var: yazını dostlarınızla paylaşmaq :)

 


ABŞ səfəri haqda digər yazılar:

  amerikaya getmek haqqinda 1 250x250 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2) amerikaya getmek haqqinda 3 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2) orxan rzayev amerika nyu york sefer bloqer 250x250 - Silikon Vadisindә nәlәr gördüm? (ABŞ gündәliyi #2)

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev