Saxta xәbәr paylaşan saytlara qarşı Facebook mübarizәyә başladı – DӘSTӘK OLUN!

Facebook’da saxta xәbәr paylaşan vә bununla reytinq (sayta giriş) toplayan saytların sayı kifayәt qәdәrdir.

“Benzinin qiymәti 10 qәpik oldu!” adlı xәbәr görüb, daxil olursan ki, Nigeriyada benzinin qiymәti 10 qәpik olub. Vә ya “Prezidentin qızı yol qәzasında öldü” adlı xәbәrә daxil olursan ki, Mozambikin keçmiş prezidetinin qızından söhbәt gedir. “5 rayonu aldıq! 8 rayonu verdik!” tipli xәbәrlәr…

Yәqin ki, hәr biriniz bu kimi hallarla qarşılaşıb, vebsaytın sizi aldatmasına görә әsәbilәşmisiniz. Lakin zaman keçdikcә o saytların bu әmәli “unudulur” vә yenidәn ora daxil oluruq. Belәliklә dә bizi aldatmaqla, bizim hisslәrimizdәn istifadә etmәklә vebsaytlar pul qazanır (Sayta daxil olan insanların sayı nә qәdәr çox olarsa vebsayt sahibi reklamdan o qәdәr çox pul qazana bilir).

Bu problem tәkcә bizdә yox, bütn dünyada aktualdır vә buna görә dә Facebook bu saytlarla mübarizәyә başlamağa qәrar verib.

Artıq yalan, saxta vә ya qeyri-etik, mәnasız xәbәrlәri Facebook bizә bildirәcәk. Bunun üçün isә biz Facebook’a (hәmçinin bir-birimizә) dәstәk olmalıyıq! Әgәr kimsә oxuduğu xәbәrin saxta vә ya yersiz olduğunu hiss etsә onu şikayәt etmәlidir. Belәliklә o xәbәr “Facebook’un qara siyahısına” düşür vә növbәti adam o xәbәri gördükdә xәbәrin aşağısında bu xәbәrin tәhlükәliolduğu barәdә bildiriş görәcәk.

Saxta, lazımsız xәbәri necә şikayәt etmәk lazımdır:

  • Paylaşımın sağ tәrәfindәki menyuya daxil olub postu şikayәt edirsiz (Report Post)
  • Şikayәtin sәbәbini seçәrkәn Saxta xәbәr olduğunu seçirsiz (Choose a reason > It’s a fake news)
  • Vә xәbәrin saxta olduğunun qeyd edilmәsini tәlәb edirsiz (What would you like to do > Mark this post as fake news)

Bu 3 addımı etdikdәn sonra artıq o paylaşım digәr istifadәçilәrdә “problemli paylaşım” olaraq görünәcәk.

Facebook’un bu addımı saxta xәbәr yaymaqla reytinq yığan saytlar üçün böyük zәrbә olacaq vә qarşımıza daha az yalançı xәbәrlәr çıxacaq. Bunun üçün hәr birimiz bu işdә aktiv olmalıyıq.

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev