Seedstars World Bakı Finalında #MobChannel layihəsinin təqdimat videosu

Dünən beynəlxalq startap yarışmalarından olan Seedstars World yarışmasının Bakı Finalı keçirildi. Finala çıxan 12 layihə arasında MobChannelKeepFace də var idi. MobChannel yekunda yer tuta bilməsə də, KeepFace 3-cü yerə layiq görüldü. Finalın qalibi Kvotter isə həqiqətən buna layiq idi. İnanıram ki, gələn il İsveçrədə keçiriləcək Finalda Kvotter uğurlu çıxış edəcək.

Yəqin dostlar xatırlayır, Seedstars yarışmasının 2 il öncəki Bakı Finalında Manads layihəsi ilə qalib olmuşduq, keçən il İsveçrədə Azərbaycanı təmsil etmişdik. Kifayətə qədər maraqlı və faydalı tədbirdir.


 

Sizə MobChannel layihəsinin dünənki təqdimat videosunu təqdim edirəm. Çıxış ingilis dilindədir.

Çəkiliş Technote‘a məxsusdur.

 

Seedstars Baku 2016

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev