Səyahət etməyə hazırlaşırsınızsa, bu 5 mobil tətbiq telefonunuzda olsun

Uşaq olanda məktəb bitən kimi rayona gedirdik, 2 ay (bəzən 3 ay) orda qalırdıq. Yaşım artdıqca istirahət müddəti qısalmağa başladı, yaşımla istirahət günləri konkret olaraq tərs mütənasib olmağa başladı. İndi 10 gün işdən ayıra biləndə adam sevinir.

Buna görə də səyahətə çıxarkən vaxtımızı mümkün qədər qənaətcil sərf etməyə, mümkün qədər faydalı keçirməyə çalışırıq. Əgər səfərimiz xarici ölkələrədirsə bu səfəri daha rahat və daha maraqlı etmək üçün mobil tətbiqlər köməyimizə gəlir. Son 2 ildə xeyli Avropa ölkəsində olmuşuq. Elə bu müddətdə də maraqlı mobil tətbiqlər “kəşf etmişəm”.

 

Bu yazıda onlardan ən bəyəndiyim, ən faydalı olan 5’i haqda qeyd etmək istəyirəm:

1. TripAdvisor

tripadvisor-faydali-seyahet-mobil-tetbiq

Səyahətə gedirsinizsə mobil telefonunuzda TripAdvisor “olmazsa olmaz”lardandır. Getdiyiniz şəhərdə görməli yerlər, restoranlar, otellər və s. haqda çox ətraflı məlumat ala bilərsiniz. Əsas üstünlüklərindən biri həmin yerləri ziyarət etmiş başqa şəxslərin rəyləridir ki, o rəyləri oxumaqla həmin yer haqda sizdə öncədən təsəvvür yaranır. 100 milyondan çox yüklənmə ilə bu mövzuda dünyanın ən məşhur mobil tətbilərindən biri (səhv etmirəmsə birincisi) hesab edilir.

TripAdvisor’un daha bir üstünlüyü gedəcəyiniz şəhərin xəritəsini öncədən yükləyib, həmin şəhərdə olarkən internetə girmədən xəritədən rahat istifadə edib, rahat axtarış edə bilirsiniz.

 

 

 

 

2. Momondo

 

Momondo tayyərə bileti almaq üçün ən çox sevidiyim mobil tətbiqdir. Dizaynı və sadə momondo-faydali-seyahet-mobil-tetbiqistifadə imkanı ilə məncə, rəqiblərini qabaqlayır. Momondo seçdiyiniz uçuş istiqamətində bilet təklif edən saytları analiz edib ən sərfəlisini sizə göstərir. Çox detallı məlumatlar verir, turizm agentliklərinin təkliflərindən xeyli ucuz və sərfəli nəticələr çıxır. Məsələn aşağıdakı misala baxaq:

 

 

 

 

 

momondo-baku-travel-blog-price

Sentyabrın 10-15’i üçün Bakı-Nyu York-Bakı biletinin qiymətini 480 dollar (gediş-dönüş) təklif edir. Qatar Airways’lə, Bakı-Doha, Doha-Nyu York reysi üzrə gedib, eyni reyslə geri dönür.

Üstəlik siz səfərinizi elə planlaya bilərsiniz ki, bir daşla iki quş vurasınız. Şəkildə gördüyünüz resydə mən elə seçmişəm ki, Bakıdan çıxan təyyarə 06:45’də Dohaya enir, 21:15’də isə Dohadan Nyu Yorka uçur. Yəni siz bu reysi seçməklə 14 saat yarım Dohada olacaqsınız. Təxminən 10 saat Dohada gəzmək üçün vaxtınız qalır ki, bu da şəhərdə ilkin tanışlıq üçün kifayət edən vaxtdır. Beləliklə siz ABŞ-a səfər edərkən, əlavə olaraq Qətər Əmirliyində də vaxt keçirə bilərsiniz. Mobil proqram bunun kimi onlarla fərqli marşrutlar təklif edir ki, sizə ən sərfəlisini seçə bilirsiniz.

 

 

3. Rome2Rio

rome2rio-faydali-seyahet-mobil-tetbiq

Səfər marşrutunu müəyyən etmək üçün Rome2Rio application’u çox faydalıdır. Təsəvvür edin, Siz Gəncədə istədiyiniz küçəni seçib, ordan Roma Kolizeyinə getmək üçün proqrama əmr versəniz, proqram olduğunuz küçədən Gəncə aeroportuna, ordan Roma aeroportuna, ordan da Kolizeyə necə getmək lazımdır, hamısını sırası ilə sizə göstərir və hər marşrutun (avtobus, taksi, təyyarə) qiymətini ayrıca olaraq qeyd edir.

 

 

 

 

 

 

4. Uber

uber-taksi-baku-travel-blog-price

Səfərə çıxarkən Uber tətbiqi mütləq telefonunuzda olsun. Əgər hazırda istifadə etmirsinizsə, səfəröncəsi Uber’i yükləyin, qeydiyyatdan keçib, plastik kartınızı əlavə edin. Getdiyiniz şəhərdə təyyarədən düşəndə “Görəsən bunların taksi sistemi necə işləyir? Otelə neçəyə aparırlar ortalama olaraq? “Turistəm deyə 2 qat qiymət oxuyurlarmı görəsən?” kimi suallarla beyninizi məşğul etməyə ehtiyac qalmır. Uber tətbiqindən avtomobil çağırırsınız, bütün digər şəhərlərdə də Bakıdakı kimi işləyir və sizi rahat (sərfəli qiymətə) istədiyiniz yerə çatdırır.

 

Vyanada bu halı əyani olaraq yaşamış adam kimi deyirəm :)

uber-seyahet-plani-mobil-tetbiqler

 
 

5. Shazam

shazam-musiqi-axtarisi-baku-travel-blog-price

Əgər musiqisevərsinizsə (ki, çox güman eləsiniz), o zaman Shazam tətbiqi telefonunuzda olsun. Çünki fərqli şəhərlərdə olduqda çox gözəl fərqli, maraqlı musiqilər eşidəcəksiniz. Musiqini eşitdiyiniz an Shazam mobil tətbiqini işə salın, uzağı 3 saniyəyə səslənən musiqinin adını, ifaçını və s. məlumatları proqram sizə göstərəcək. Nadir hallar olur ki, musiqini tapa bilmir.

Onlarla başqa maraqlı mobil tətbiqlər də var ki, səyahətə gedərkən onları yükləyə bilərsiniz. Amma əgər telefonunuzda yer azdırsa belə, sadaladığım 5 tətbiqi mütləq yükləyin ki, səfəriniz daha maraqlı keçsin!


 
 

Maraqlı ola biləcək digər yazılar:

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev