Siyasətdən filmə, musiqidən qidaya… 22 ölkənin Facebook statistikası

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası


Növbəti Facebook statistikasını biraz fərqli hazırlamaq qərarına gəldik. Belə ki, Orkhanrza.com‘dakı öncəki araşdırmalarda daha çox Azərbaycanın statistik göstəriciləri yer alırdı:

Azərbaycanlılar Ronaldo, gürcülər Rihanna, ermənilər “Candy Crush” fanatıdır – Facebook statistikası

Facebook istifadəçi sayına görə Azərbaycanın şəhər və rayonları – Statistika

Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası

 

Bu dəfə isə təkcə Azərbaycan deyil, 22 ölkənin statistik məlumatları ilə tanış ola biləcəksiniz. Ölkələri seçərkən hər qitədən bir neçə ölkə seçildi. Burada həmin ölkələrin əhali sayı, Facebook istifadəçilərinin sayı və s. kimi amillər nəzərə alındı. Araşdırmaya daxil olan ölkələr bunlardır:

Azərbaycan

Türkiyə

Rusiya

Gürcüstan

Ermənistan

Almaniya

Fransa

Böyük Britaniya

Polşa

Rumınya

Macarıstan

ABŞ

Kanada

Meksika

Braziliya

Argentina

Hindistan

İndoneziya

Yaponiya

Mərakeş

Misir

Əlcəzair

 

Araşdırmada Facebook istifadəçilərinin hansı mövzulara maraq göstərdiyini görə biləcəksiniz. Burada siyasət, musiqi, qida, film, marketinq, nanotexnologiya kimi müxtəlif mövzular araşdırılıb. Orkhanrza.com’da 22 ölkəni əhatə edən bu cür araşdırma ilkdir və davamlı olması planlaşdırılır.

 

Beləliklə, ilk olaraq hansı ölkədə əhalinin neçə faizinin Facebook istifadə etdiyinə baxaq:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Statistikaya görə Argentinada əhalinin 66%-i, ABŞ-da 61%-i, Böyük Britaniyada 58%-i facebook istifadə edir. Azərbaycanda bu göstərici 18%-ə bərabərdir. 22 ölkə arasında sonuncu yeri Rusiya tutur (7%).

 

Siyasətə maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Siyasətə maraq göstərənlərin sayına görə Afrika və Cənubi Amerika ölkələri üstünlük təşkil edir (Mərakeş – 23,6%, Misir – 20,9%, Braziliya – 20,4%, Meksika – 19,1%). Azərbaycan 6,9%-lə siyahıda 20-cidir. Burada sonuncu yerdə yaponlar qərarlaşıb – cəmi 2,6%.

 

 Marketinqə maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Marketinqə maraq göstərənlər arasında da Cənubi Amerika və Afrika ölkələri çoxluq təşkil edir. Siyahıda ilk yerdə Misir (41%), Braziliya (38%) və Argentina (38%) dayanıb. Avropa ölkələrindən Rumınya 36%-lə siyahıda 4-cüdür. Azərbaycanda bu göstərici 21%-ə bərabərdir. Siyahıda sonuncu yerdə Yaponiya (11%) qərarlaşıb.

 

Nanotexnologiyaya maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Araşdırmada Nanotexnologiya kimi fərqli bir mövzuya da yer ayırdıq. Maraqlıdır ki, burada Türkiyə (2,95%) və Misir (2,66%) digər ölkələri xeyli qabaqlayır. Macarıstan (1,58%) və Gürcüstan (1,48%) 3-cü və 4-cü yerlərdə qərarlaşıblar. Siyahıda sonuncu yerləri Azərbaycan (0,45%) və Ermənistan (0,42%) tutub.

 

Filmə maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Söhbət filmdən gedirsə təbii ki, burada Hindistan ilk sırada olmalıdır. Statistikaya görə Hindistanın istifadəçilərinin 60%-i Facebookda filmə maraq göstərir. Növbəti yerlərdə Misir, Macarıstan, Türkiyə qərarlaşıb. Azərbaycan 32%-lə siyahıda 19-cudur. Son yerləri Yaponiya (22%) və Rusiya (16%) tutur.

 

Musiqiyə maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Musiqiyə ən çox maraq göstərən istifdəçilər Argentina, Rumınya, Kanada və Meksikadadırlar. bu ölkələrdə musiqi həvəskarlarının sayı ümumi istifadəçi sayına nisbətdə 80%-dən çoxdur. Azərbaycan 63%-lə siyahıda 19-cu yerdədir. Son sıralarda isə Yaponiya və Rusiya qərarlaşıb. Rusiyada bu göstərici 42%-dir.

 

Qidaya maraq göstərən Facebook istifadəçilərinin ümumi istifadəçi sayına nisbəti:

grey - Siyasətdən filmə, musiqidən qidaya... 22 ölkənin Facebook statistikası

Cənubi Amerika və Afrika ölkələrinin istifadəçiləri bu mövzuda da öndədirlər. Argentinada istifadəçilərin 48%-i, Meksikada 46%-i, Rumınya və Misirdə isə 44%-i qida ilə bağlı mövzulara (səhifələrə) maraq göstərir. Azərbaycanda bu göstərici 26%-ə bərabərdir. Siyahıda son yerləri yenə Rusiya (14%) və Yaponiya (12%) tutur.

 

Araşdırmadan göründüyü kimi Afrika və Cənubi Amerika ölkələrinin istifadəçiləri Facebookda daha aktivdir və bu səbəbdən də bütün cədvəllərdə öndədirlər. Rusiyada və Yaponiyada isə yerli sosial şəbəkələrin populyar olması Facebookda vaxt keçirənlərin aktivliyinə təsir edir.

 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev