socialbakers social media minute jan rezab - Sosial Media Marketinqi - Trendləri izləmək üçün həftəlik video-bloq
Sosial Media MarketinqiVloq

Sosial Media Marketinqi – Trendləri izləmək üçün həftəlik video-bloq

Baxış

Sosial media analitikası üzrə dünyanın ən məşhur platformalarından biri SocialBakers‘dir. Qurucusu 30 yaşlı Jan Rezab bu platforma vasitəsilə əldə etdikləri maraqlı məlumatları, nəticələri sosial mediada paylaşır.

 

socialbakers social media minute jan rezab - Sosial Media Marketinqi - Trendləri izləmək üçün həftəlik video-bloq

 

2015-ci ilin iyun ayında başlatdığı “Social Media Minute with Jan Rezab” video-boq rubrikası çox maraqlıdır. Artıq bu rubrika ilə 100-dən çox video FacebookYouTube kanalında yayımlanıb. Hər həftənin birinci günü Jan öz profilində yeni bir video yayımlayır. 2-3 dəqiqə davam edən videoda müəllif sosial media marketinqi ilə bağlı (bəzən də ümumən rəqəmsal marketinqlə bağlı) bir mövzudan danışır və öz tövsiyələrini, həll yollarını göstərir. Artıq bir ilə yaxındır ki, bu videoları davamlı izləməyə çalışıram.

Sosial media marketinqi ilə maraqlanan dostlar üçün bu mənbə faydalı ola bilər. Həftədə 2-3 dəqiqə ayırıb, bu rubrikanı izləməyə çalışın.

Social Media Minute with Jan Rezab

social media minute jan rezab baku - Sosial Media Marketinqi - Trendləri izləmək üçün həftəlik video-bloq


 

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:
Orxan Rzayev
MüəllifOrxan Rzayev