Sosial mediada “at oynadan” şirkət və agentliklərimiz

grey - Sosial mediada "at oynadan" şirkət və agentliklərimiz

 

“Sosial media marketinqi”nə diqqət ölkədə ciddi şəkildə artmaqdadır. Artıq bazarda həm keyfiyyətli iş görən agentliklər, həm də keyfiyyətli işə önəm verən şirkətlərin sayı artmaqdadır. Şirkətlərimiz hansı səhvləri edir, hansı brendlər harada yalnışlar edir, bu yazıda onlardan yazmayacam. Onsuz da son dövrlər biznes və marketinq mühitində xoşagəlməz ab-hava, qarşılıqlı ittihamlar, kobudluqlar, hətta təhqirlər görürük təəssüf ki.

Bu yazıda mən əksinə, sosial mediada maraqlı işlər görən, loru dildə desək, son dövrlərdə sosial mediada “at oynadan” şirkətlər və agentliklərimiz haqda yazacam.

 

Aşağıdakı reklam çarxını, əminəm ki, çoxlarınız görmüsünüz:

 

Avrora firmasının bazara yeni daxil etdiyi “Kreki” markası üçün hazırlanan bu reklam çarxı son illərin, bəlkə də, ən maraqlı reklam çarxıdır. Sosial medianın ab-havasına uyğunluq, trenddən (Hüseyn Əzizoğlu) istifadə və maraqlı ssenari reklam çarxını cəlbedici və “shareable” (çox paylaşılan) məzmun etdi. Videoya Facebook-da 344 mindən çox baxış var.

Hazırda “Kreki” markasının sosial media hesablarını idarə edən Impler Agentliyi markaya kifayət qədər dəyər qazanadıra bilib. Xüsusən istifadəçi rəylərində “Krekiləri danışdırması” çox uğurlu konseptdir. Xaricdə bu konsept varmı bilmirəm, bizdə rastıma çıxmayıb. İlqar Mirzə deyir ki, konsepti özümüz fikirləşmişik (Facebook-un hərəkətli stikerlərindən ilhamlanaraq).

grey - Sosial mediada "at oynadan" şirkət və agentliklərimiz

grey - Sosial mediada "at oynadan" şirkət və agentliklərimiz

 

 

Beat Group ölkədə keyfiyyətli işi ilə öndə olan agentliklərdən biridir. Agentlik Nar şirkәtindә hәyata keçirdiyi sosial media fәaliyyәti ilә “mobil operatorların sosial media fәaliyyәti”nә yenilik gәtirdi. İllərdir, Azercell vә Bakcell’in keyfiyyәtli sosial media idarәetmәsi olsa da Nar’ın fəaliyyəti paylaşılan mәzmunların, ötürülən mesajların formatında fərqlilik önə çıxartdı, sәrbәstlik, kreativlik gәtirdi. Nar təkcə Facebook’da yox, Instagram’da da kifayət qədər aktivdir. Xüsusən Xətai Əli‘nin yaradıcılığı agentliyin kreativ tərəfinə öz tövhəsini verir.

Və ya

 

 

Sosial Media Agentliklərimizdən danışırıqsa Endorphin‘in adını çəkməmək olmaz. Son dövrlərdə aktivlik göstərən agentliklərdən olan Endorphin Yay Olimpiya Oyunları zamanı Milli Olimpiya Komitəmizin Facebook səhifəsini idarə edirdi. Onunla yanaşı Agentlik Olimpiadada iştirak edən 56 idmançının hər birinə Facebook səhifəsi açıb, hər birini idarə etmişdi. 200+ ölkənin iştirak etdiyi Rio Yay Olimpiadasında MOK-un səhifəsi ən aktiv 10 ölkənin olimpiya səhifəsi arasında idi.

Agentliyin MOK’un Facebook səhifəsinin idarəçiliyini ala bilməsini mən özü-özlüyündə ciddi hadisə sayıram :) Bu, sevindiri haldır, çünki, artıq rəsmi qurumlar da sosial medianın professional idarəçiliyinə önəm verirlər.

 

Diqqətimi çəkən fəaliyyətlərdən biri Papa John’s Pizza‘nın “Pizzanı birlikdə yemək istədiyin şəxsin adını şərh bölməsinə yaz” fəaliyyətidir. Adamlar maya dəyəri 2 manat olan hədiyyə qoyur və 2 min adam dostunu şərhdə işarələyir. Bu, alqışlanmalıdır. Əlbəttə, bu yenilik deyil, bir çox yerli və xarici brendlər də bu üsulda istfadə edir, amma mənim yadımda qalan məhz Papa John’s olub.

189 Taksinin Albert Eynşteyn’lə “ortaq çalışması” da son dövrlərin yaddaqalan fəaliyyətlərindəndir :)

grey - Sosial mediada "at oynadan" şirkət və agentliklərimiz

 

 

Düymə Agentliyinin əməkdaşları qarşılarına məqsəd qoyublar, müxtəlif kiçik biznes sahiblərinə dəstək verirlər, brendinqini həyata keçirirlər, sosial mediasına dəstək verirlər və bu işləri təmənnasız, sosial məsuliyyət olaraq edirlər, heç yerdə də paylaşmırlar.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Facebook fəaliyyətini də qeyd etmək istəyirəm. Çünki bir çox tibb müəssisələrindən fərqli olaraq bu mərkəz yolaver fəaliyyət deyil, keyfiyyətli iş görür. Agentliklə işləyirlər və ya öz daxilində komanda işləyir, bilmirəm, amma fəaliyyətləri kifayət qədər yaxşıdır.

 

 

Yazını oxuyan dostların əksəriyyəti indi düşünür ki, Sosial Media Agentliyini idarə edən Orxan rəqiblərini niyə tərifləyir :) Məsələyə belə aydınlıq gətirmək istəyirəm:

Uşaqlıqdan bir arzum olub ki, məşhur futbolçu olum, deyək ki, Çempionlar Liqasının final oyunu olsun, oyunun 87-ci dəqiqəsi, bir sıfır geridəyik, qapıya zərbə vururam və top rəqib oyunçusun sinəsinə dəyib geri qayıdır. Hakim oyunu saxlayır, topun rəqibin əlinə dəydiyini düşünür və penalti zərbəsi qeydə alır (Penalti zərbəsini vursam oyun davam edəcək, vura bilməsəm, böyük ehtimal məğlubuq). Bu vaxt hakimə yaxınlaşıb, topun rəqibin əlinə dəymədiyini deyirəm və hakim penalti qərarını ləğv edir.

Yəni, bildiyim bir ədalətsiziyi gizlədib, qalib gələ biləcəyim halda haqqı deyim. Bu, mənim (komandamın, ölkəmin) məğlubiyyətilə nəticələnsə belə. Futbolçu ola bilmədim, ÇL-ın finalında o anı görə bilmədim :) Amma bu gün SMM Agentliyin rəhbəri kimi müsbət işləri, alqışa layiq işləri alqışlamağa özümdə güc tapıram. Düşünürəm ki, gözəl işlər, uğurlu işlər lazımı qiymətini almalıdır.

P.s. Mediamark Agentliyinin fəaliyyətinə cəmi bir neçə ay öncə başlasaq da, bizimlə işləməyə qərar verən, bizi seçən kifayət qədər nüfuzlu şirkətlər və şəxslər var. Perspektivli, dinamik və pozitiv komandamızla ciddi işlər görəcəyimizə əminəm. Bu yazıda özümüzü tərifləməyəcəm. İşlərimizin bəzilərilə Facebook səhifəmizdə tanış ola bilərsiniz.

Əlbəttə, Mediamark Agentliyi də 2017-də ən yaxşı Agentlik olmağı qarşısına məqsəd qoyub (əminəm ki, digər əksər agentliklər də bu məqsəd üçün çalışır) və bu istiqamətdə addımlar atılır. Amma mən ən yaxşı olmağın yolunu rəqibləri əzmək, onlara “ilişmək”lə yox, daha keyfiyyətli işlər görməklə mümkün olacağına inanıram və proseslərə bu cür yanaşıram.

“Rəqibi reklam etməklə potensial müştərilərinizi onlara yönəltmirsinizmi?” kimi yarana biləcək suala isə belə cavab verim ki, ruzini verən Allahdır! :) Ona görə yaxşı işi, keyfiyyətli işi alqışlamaqdan çəkinməyin dostlar!

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev