Sosial şəbəkələrdə 200 milyon izləyiciyə çatan ilk idmançı – Ronaldo

Sosial şəbəkələrdə 200 milyon izləyiciyə çatan ilk idmançı – Ronaldo

Fevralın 24-ü Real Madrid klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo sosial şəbəkələrdə 200 milyon izləyiciyə çatdı. Bu, idmançılar arasında rekorddur. Məşhur Hookit portalı bununl bağlı infoqrafika hazırlayıb. Belə ki, Ronaldonun Facebook, Twitter və Instagram hesablarında olan izləyici (follower) sayı ümumiliklə 200 milyona çatıb.

Futbolçunun Facebook’da 109.7 milyon, Instagram’da 49.6 milyon, Twitter’də isə 40.7 milyon izləyicisi var.

Hookit ronaldo 200 milyon izleyici hits.

Ronaldo ilə bərabər hazırda dünyanın digər ən yaxşı futbolçusu olan Barselonanın argentinalı ulduzu Messi’nin isə izləyici sayı 120.8 milyondur. Onu da qeyd etmək lazımdı ki, Messinin Twitter hesabı yoxdur.

Maraqlı bir fakt: Ronaldo’nun izləyici sayı Basketball ulduzları LeBron James, Michael Jordan, Kobe Bryant, Kevin Durant və Steph Curry’nin izləyicilərinin toplam sayından (187 milyon) daha çoxdur.

Qeyd etmək lazımdır ki, Real madrid klubu bu il elə də yaxşı nəticələr qazanmasa da, Ronaldo şəxsi statistikasında yaxşı irəliləyir. Davam edən Çempionlar Liqası turnirində bugünədək Ronaldo 12 qol vurub. Müqayisə üçün, Barselonanın MSN’i Messi, Neymar və Suarez birlikdə cəmi bu qədər – 12 qol vurublar.

Ronaldonun izləyiciləri hər gün ortalama 135 min nəfər artır.

Ronaldo sevincini gizlətmyib əlbəttə ki:

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Sharing is caring!

Post Author: Orxan Rzayev