Sosial şәbәkәlәrdə işinizi asanlaşdıracaq 12 məsləhət

Vəziyyət elədir ki, gündəlik bir neçə sosial şəbəkədən aktiv istifadə edirik. Məsələn mən aktiv olaraq Twitter, Facebook, LinkedIn, passiv olaraq isə Pinterest, Snapchat, Tumblr və s. kimi platformalardan istifadə edirəm. Bu platformaların hər birinin oxşar və eyni zamanda özünəməxsus xüsusiyyətləri, funksiyaları var. Və sosial şəbəkələrin sahibləri də hər keçən gün platformalarına yeni bir şeylər əlavə etməyə çalışırlar. Çünki  hazırkı texnoloji “müharibədə” sağ qalmağın yeganə yolu budur.

Biz istifadəçilər isə istifadə etdiyimiz sosial şəbəkələrin, axtarış sistemlərinin, sosial media alətlərinin bütün funksiyalarını bilmirik deyə bəzən çox rahat ediləcək işə xeyli vaxt sərf edirik. Və ya hansısa funksiyasını gördükdə “aa, belə şey var imiş?!” deyə sual veririk.
Mәnim işimin bir hissәsi sosial şәbәkәlәr olduğundan daha çox istifadә edirәm, funksionallığını öyrәnmәyә çalışıram, hәmçinin mütәmadi bununla bağlı mәqalәlәr oxuyuram. Bu baxımdan sosial şәbәkәlәrin bir neçә maraqlı/faydalı funksiyalarını öyrәnmişәm.
Aşağıdakı mәlumatların bәzilәrini әminәm ki, bilirsiniz. Bildiyiniz, lakin burda olmayan hansısa funksiya varsa bizimlә paylaşın.

1. Linkedin profillərinə gizli baxmaq. Məlumdur ki, LinkedIn’də digər sosial şəəkələrdən fərqli olaraq, kimin profilinə baxırsınızsa həmin insana bu haqda bildiriş gedir. Bəzi vaxtlarda profilinə baxdığınız insanın bundan xəbəri olmamasını istəyirsiniz. Bunun üçün rahat bir yol var. “Privacy & Settings” > “Profile” > “Select what others see when you’ve viewed their profile” daxil olub, orda 3-cü bəndi seçməklə siz istənilən profilə gizli baxa bilərsiniz.

2. Twitter @’lә başlamaq. Twitter’in reply (cavab) funksiyası ilә bağlı bir çatışmazlığı var ki, bir çox istifadәçilәr bundan xәbәrsizdirlәr. Hər hansı bir tvitə cavab/şərh yazmaq istəyirsinizsə “reply” düyməsinə klikləyirsiniz və açılan yeni pəncərədə yazacağınız şərhin önünə “@istifadechinin_adi” gəlir. Siz də şərhi onun ardınca yazırsız: @istifadechinin_adi mən də orda olmuşam, amma elə problemlə üzləşməmişəm düzü.
Yazdığınız bu cavabı həmin şəxs və hər ikinizi (sizi və həmin şəxsi) izləyən insanlar görə bilir. Amma siz yeni tvit yaradıb bu cür yazsanız bunu hər kəs görməlidir, çünki yeni tvit yazmısınız: @istifadechinin_adi ilə bugünkü görüşümüz olduqca maraqlı oldu.
Amma Twitter’də boşluq var, Twitter bunu da cavab olaraq qəbul edir, çünki @ işarəsilə başlayır. Ona görə də bu tvitinizi az insan görür. Bu səbəbdən də tvit yazarkən diqqət edin ki, tviti @’lə başlamayasınız. Məsələn bu cür yazın: Filan yerdə @istifadechinin_adi ilə bugünkü görüşümüz olduqca maraqlı oldu.

3. Sosial şəbəkə profilləriniz arasında əlaqə qurmaq. Bir platforma var ki, sosial şəbəkələr, ümumən internet platformları arasında əlaqə qurmaq üçün inanılmaz imkanlar təqdim edir. Məsələn, sabah yağış yağacaqsa, axşam emailinizə bu haqda məktub gəsin. Instagram’da paylaşdığınız şəkil avtomatik olaraq Twitter’də də paylaşılsın. Universitetə daxil olduğunuzda telefonunuz “səssiz” rejimə keçsin. Evə çatdıqda mobil internet paketiniz dekativ olsun, WiFi aktiv olsun. Sevdiyiniz futbol klublarının oyunu başa çatdığı an oyunun nəticəsi Twitter profilinizdə paylaşılsın. Facebook’da profil fotonuzu əyişdikdə digər sosial şəbəkə hesablarınızda da dəyişsin. Bunun kimi minlərlə alqoritm hazırlaya bilirsiniz. Platforma IFTTT.com (If This Then That) adlanır.

4. Twitter’dә veb-sayt axtarışı. Facebook’a bir sıra xüsusiyyәtlәrdә uduzan Twitter haştaq vә axtarış sistemindә rәqibindәn öndәdir. Facebook’da haştaq sisteminin hәlә dә normal işlәmәdiyini bilirik. Twitter’dә isә istәr haştaq, açar sözlәr, istәrsә dә veb-sayt linklәrinin axtarışı çox dәqiq işlәyir vә hәtta onları “populyar”, “әn son paylaşılanlar”, “yalnız foto/video ilә olan paylaşımlar”, “dostlarının bu haqda paylaşdıqları” kimi filterlәmәk dә olur. Mәn bloq yazılarımı Twitterdә kimlәrin/neçә dәfә paylaşıldığını rahat izlәyә bilirәm. Bunun üçün axtarış yerinә orkhanrza.com yazmaq kifayәt edir.

5. Facebook’da şahmat oynamaq. Facebook’un bu maraqlı funksiyası haqda yeni öyrənmişəm. Demək, siz istənilən Facebook dostunuzla Messenger’də şahmat oynaya bilərsniz. Bunun üçün həmin şəxsin inbox’una @fbchess play mesajınıgöndərməlisiniz. Hər ikiniz Messenger.com’dan daxil olduqda oyunu oynamaq olur.

6. Instagramda istədiyiniz profillərdən bildiriş almaq. Digər sosial şəbəkələrdə olduğu kimi, Instagramda da izlədiyiniz şəxslərin sayı çoxaldıqca bütün paylaşımları görmək çətinləşir. Instagram’ın təklif etdiyi funksiya sizə istədiyiniz brend və ya şəxsin bütün paylaşımlarından xəbərdar olmaq imkanı verir. İstədiyiniz profilin Ayarlar’ına daxil olub, “Turn on post notification” funksiyasını aktiv etdikdə həmin profillərin paylaşımları zamanı sizə bildiriş gələcək. Beləliklə onların heç bir paylşımını qaçırmamış olacaqsınız.

7. Twitter’də “Mute” düyməsi. Hәr bir Twitter istifadәçisinin ana sәhifәsindә maraqsız, yersiz tvitlәr yazan istifadәçilәr var. Lakin müәyyәn sәbәbdәn (sinif/qrup yoldaşınızdı, qohumunuzdu, bir yerdә çörәk kәsmisiniz) hәmin insanı silә bilmirsiniz. Twitter bu problemә bir neçә ay öncә çarә tapdı. Әlavә etdiyi “Mute” düymәsi vasitәsilә siz tvitlәrini görmәk istәmәdiyiniz profillәri “Mute” edirsiniz. Belәliklә hәmin insanın paylaşdıqlarını görmürsünüz. Ən əsası, o insan sizin onu “Mute” etdiyinizdən xəbəri olmur. Çünki Twitter bunu gizli saxlayır.

8. Twitter’də “List” yaratmaq. Əgər sizin izlədiyiniz profillərin sayı çoxdursa və hər biri də maraqlı tvitlər  yazırsa təbii ki, siz onların hamını izləyə bilməyəcəksiniz. Bunun üçün Twitter’də “List” yarada bilərsiniz. “Tibb” listinə tibblə bağlı paylaşımlar edən, “Startap” listinə startaplarla bağlı paylaşımlar edən profilləri əlavə edirsiniz. Sonra deyək ki, startaplarla bağlı məlumat oxumaq istəyirsinizsə o listə daxil olub, rahatlıqla oxuya bilirsiniz. Bu, konkret bir mövzuda hansısa məlumatı qaçırmağınızın qarşısını alır.

9. Instagram “filterlərini” filterləmək. Instagramda şəkillərə effekt vermək üçün istifadə etdiyiniz “filter”lərdən istədiyinizi ləğv edə, istifadə etdiklərinizi isə sıralaya bilərsiniz. Bunun üçün filter növlərinin sonunda “Manage” düyməsinə klikləyib, effektləri istədiyiniz cür sıralaya və ya azaldıb, artıra bilərsiniz.

10. Sevmədiyiniz şəxsin Twitter profilini bağlatdırmaq. Əgər kiməsə qəzəblənmisinizsə və onun profilini bağlatdırmaq istəyirsinizsə bunu yolu var :) Pullu followerlər alıb, həmin profilə qoşursunuz. Həmin profilin 2-3 gün ardıcıl olaraq izləyici sayı 500’ü keçir və Twitter bu izləyicilərin saxta olduğunu müəyyən edib həmin profili blok edir.

11. Twitter profilinin bağlatdırılmasından qorunma yolu. Bəs kimsə sizin profilə saxla izləyici yığan proqram qoşub sizin profili bağlatdırmaq istəsə onda necə? Əgər siz görsəniz ki, izləyiciləriniz fantastik şəkildə artır və saxtadır (bunu anlamaq olur), dərhl profilinizi bağlayın (private). Bu zaman sizə izləmə təklifləri gələcək, amma siz onları qəbul etməsəniz izləyicilərinizin sayı artmayacaq deyə heç bir problemlə üzləşməyəcəksiniz.

12. Twitter’ə kompüterdən daxil olduqda ikonlardan istifadə etmək. Twitter’in mobil tətbiqindən istifadə etdikdə müxtəlif “smayliklər”, ikonlar paylaşmaq olur. Kompüterdən daxil olduqda isə belə funksiya yoxdur. Amma bu vebsayt’dan istənilən ikonları rahat şəkildə götürüb tvitə əlavə etmək olur: Piliapp.com


Bunlar da maraqlı ola bilər:

 

Sən necə düşünürsən? Fikrini bizimlə bölüş:

Post Author: Orxan Rzayev